Stress, qorxu, təşviş... Bir çox insanlar hazırda daim bu hisləri yaşayır. Bu çox təhlükəlidir.
Psixoloq və psixiatrların fikrinə görə, koronavirus epidemiyası bitəndən sonra dünyanı depressiya, panik ataklar, nevroz və s. nevroloji pozulmaların “epidemiya”sı gözləyir. Mütəxəssislər indidən tədbirli olmağı və sinir sistemini mümkün qədər qorumağı tövsiyyə edir.
Təşvişi azaltmaq üçün nə etməli?
Saglamolun.az bbc.ru-ya istinadla bildirir ki, rusiyalı psixiatr Viktoriya Jdanovanın sözlərinə görə bunun üçün 3 üsul var:
1. İnsan özünə sual verməlidir: “Mən xəstələnsəm nə olacaq?”
Koronavirus əksər hallarda yüngül keçir. Ağırlaşmalar əsasən yaşlı və ciddi ürək-damar və nəfəsalma sistemi xəstəliklərdə, onkoloji xəstəliklər və şəkərli diabetdən əziyyət çəkənlərdə mümkündür. Risk qrupuna aid olmaq da təşviş üçün səbəb deyil. Bu insanların əksəriyyəti koronavirusa yoluxsalar da sağalır.
Səhiyyə sistemimiz normal işləyir. Xəstəxanalarda dərman, avadanlıq və personal problemi yoxdur. Mən xəstələnsəm də mənə kömək edəcəklər.
2. Reaksiyaları sonraya saxlamaq
Mən hələ ki xəstələnməmişən. Ola bilsin ki, heç xəstələnməyəcəm. Mən bu haqda indidən niyə fikirləşim?
3. Rasionalizasiya
Mən sağlamam, ailəmdə hamı sağlamdır, dükanlar doludur və s.
Saglamolun.Az