Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? - Zərərli idi, yoxsa... Qəribə FAKTLAR

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz. Bəs dodaq boyasının yaranması haqqında nələri bilirik?

Tarixdə ilk pomada bundan 8 min il əvvəl misirlilərin zəyi qaynadaraq əldə etdikləri qırmızı boya ilə dodaqlarını rəngləmələridir. Qədim Yunanıstan və Romada ancaq yuxarı sinfin qadınlarına dodaqlarını qırmızı boya ilə rəngləmələrinə icazə verilərdi.

Bu günkü günümüzdə az qala hər qadının mütləq istifadə etdiyi bir kosmetika məhsulu olan dodaq boyasının zərərləri aparılan testlər nəticəsində ortaya çıxmışdır. Dünyanın tanınmış markaları üzərində aparılmış təcrübələrə əsasən, dodaq boyasının içindəmüxtəlif kimyəvi maddələr aşkar edilmişdir. Bu barədə Kanadada nəşr edilmiş hesabatda məlumat verilir.

Dodaq boyasının zərərlərinin səbəbi kimi kimyəvi arsenik, qurğuşun, nikel kimi maddələrin olduğu ortaya çıxmışdır. Sağlamlığımızı əhəmiyyətli ölçüdə təhdid edən bu kosmetika məhsullarını hər nə qədər istifadə etməməyə çalışsaq da, ondanistifadə ediləcək. Buna görə də heç olmasa bildiyimiz, inandığımız markaların orijinal məhsullarını almağa səy göstərək. Çünki,insan sağlamlığı ilə zarafat edilməz.

Dünyanın tanınmış markaları üzərində aparılmış təcrübələrə əsasən, dodaq boyasının içində müxtəlif kimyəvi maddələr aşkar edilib. Bu barədə Kanadada nəşr edilmiş hesabatda məlumat verilir.
 
Dodaq boyasının zərərlərinin səbəbi kimi kimyəvi arsenik, qurğuşun, nikel kimi maddələrin olduğu ortaya çıxıb. Sağlamlığımızı əhəmiyyətli ölçüdə təhdid edən bu kosmetika məhsullarını hər nə qədər istifadə etməməyə çalışsaq da, ondan istifadə ediləcək. Buna görə də heç olmasa bildiyimiz, inandığımız markaların orijinal məhsullarını almağa səy göstərək. Dodaq boyasındakı zərərli maddələrin insan sağlamlığına vurduğu bəzi ziyanlar bunlardır:

Dodaq boyası nədən hazırlanır?
Dodaq boyasının tərkibi çoxkomponentlidir:
– boyaq maddəsi;
– lanolin;
– sintetik yağ;
– bor turşusu;
– mum.
– sədəfli komponentlər;
– mineral piqmentlər.

Boyaq maddələri
Təbii ki, qadın dodaqlarını qırmızı, bənövşəyi, bordo ya başqa rəngə boyayan məhz boyaq maddələridir.
İndiki bütün boyaq maddələri kimyəvi və zərərli tərkiblidir. Bilməlisiz ki, dodaq boyası nə qədər əlvandırsa, tərkibindəki boyaq maddələrinin miqdarı da o qədər çoxdur.

Lanolin
Lanolin qoyun yunundan hazırlanır və yun yağı adlandırıla bilər. Lanolin sağlamlıq üçün təhlükəsizdir, amma alınma üsulu o qədər də xoşagələn deyil.

Sintetik efir yağları
Sintetik efir yağı dodaq boyasını dodağa çəkməyi asanlaşdırır, dodaq boyasına xoş meyvə ətri verir. Zərəri isə ondadır ki, çox vaxt saxta sintetik yağlar hazırlanır və bu yağlar qadın orqanizmi üçün çox zərərlidir.
Belə bir fikir var ki, sintetik efir yağları qadınlarda bu əlamətlərin yaranmasına səbəb olur:
– Miqren;
– Təzyiqin artması;
– Ürəkbulanma;
– Qusma;
– Baş ağrısı.

Bor turşusu
Bor turşusu zərərsiz deyil və tərkibində toksik maddələr mövcuddur. Dodaq boyasının tərkibindəki bor turşusunun miqdarı çox azdır və orqanizmə böyük zərər vurmur, amma çoxlu miqdarda sağlamlığı poza bilər. Bor turşusu diareya, zəiflik, ürəkbulanma, qarın ağrıları, iştahasızlığa səbəb olur.


1. Saçların tökülməsi

2. Baş ağrısı, baş gicəllənməsi

3. Böyrək ilə əlaqədar problemlər

4. Beyin ilə əlaqədar problemlər

Çalışın təbii vasitələrdən istifadə edin…

Pomada istehsalçıları dodaqları günəşdən, küləkdən, dondan, quru havadan və yoxsul ekologiyadan qoruyan qoruyucu, nəmləndirici, qidalandırıcı, dərman vasitələrinin istehsalına əlavə edir. Nəmləndirən pomada yalnız dodaqları rəngləməz, həm də yumşaqlaşdırmaq, soymağı qarşısını alır.

Pomadadan ən çox zərər görən restorançılar və quru təmizləyicilər oldu. Pomada ləkələrini stəkanlardan və köynəklərdən çıxarmaq olduqca çətin və zaman alıcı idi. Zamanla dodaq boyaları daha qalıcı oldu və hətta içinə qoyulan kimyəvi maddələrlə dodaqları şişirib böyütmək də mümkün idi.

Saglamolun.Az