Keratin əlavələri baş dərisinin sağlamlığına necə təsir edir?
Saç dərisinin sağlamlığı çox əhəmiyyətlidir, xüsusilə insanın genetikasında saç tökülməsi varsa, buna daha diqqətli yanaşmaq lazımdır. Saç sağlamlığını pozan amillərə saç dərisində qabıqlanma, baş dərisinin həddindən artıq yağlanması, baş dərisində sızanaq və baş dərisindəki göbələk kimi mikroorqanizmlər aiddir. Bütün bunlar saçların da inkişafına mənfi təsir edir.
Türkiyəli trixoloq, saç elmi mütəxəssisi Serap Öztürk Niya bununla bağlı açıqlama verib. O, kearininin saçlara və baş dərinisə təsiri barədə danışıb.
“Saçlarımızın sağlamlığı üçün edə biləcəyimiz ən düzgün iş həftədə ən az 3 dəfə saçımıza uyğun bir şampun ilə yumaqdır. Yağlı saçları olan insanlar isə hər gün yuya bilərlər. Saçımızdakı kosmetik qalıqları təmizləmək də vacibdir. Saçlarımıza istifadə etdiyimiz hər hansı kosmetik sprey və ya yağlar, saç dərsində açıq yerləri örtmək üçün istifadə etdiyimiz toz örtücülər yatmazdan əvvəl yuyulmalı və təmizlənməlidir. Hovuzda və ya dənizdə çimdikdən sonra şampunla duz və xlor qalıqlarını təmizləməliyik”,-deyə mütəxəssis bildirib.
Ancaq ev şəraitində özümüz həll edə bilməyəcəyimiz bəzi baş dərisi problemləri var. Seboreik dermatit (ekzema) və ya sedef (psoriaz) kimi hallarda trixoloji tətbiqlərdən, eləcə də mütəxəssis həkimdən dəstək ala bilərik.
Həkim onu da qeyd edib ki, keratin əlavəsi son vaxtlar gündəmdə olan və 1-2 aydır saç düzümü problemini aradan qaldıran bir tətbiq olsa da, bəzi mənfi cəhətləri də var. Əvvəla, bu müalicələrin tərkibində formaldehid var və bəzi ölkələrdə formaldehidlər kanserogen olduğu üçün qadağan edilib. İkincisi, saç üçün zərərli tətbiqləri “kimyəvi və termal tətbiqlər” kimi ümumiləşdirə bilərik. Keratin tətbiqi də kimyəvi bir prosesdir və belə proseslər cuticle təbəqəsinə zərər verə bilər və saçın qırılmasına və qırılmasına səbəb ola bilər.
Saçın quruluşu böyük ölçüdə zülaldan (matris proteini) ibarətdir, yəni keratin dediyimiz quruluşla keratinin əslində bir amin turşusu olduğunu deyə bilərik. Saçın xarici gövdəsi bir çox səbəblərdən zədələnə bilər. Həftəlik intensiv saç baxım maskalarından istifadə etməklə həm saçın nəmliyini qoruya, həm də elektrikləşmənin qarşısını ala bilərik.
Sevinc Hüseynova
Saglamolun.Az