Загрузка...

Yumurtalığın yırtılması (yumurtalığın apopleksiyası)

Yumurtalığın toxumasının qəfil yırtılması "yumurtalığın apopleksiyası" adlandırılır.

Bu patologiya təxminən 45-50 yaşına kimi olan qadınlarda (klimaks dövrünə kimi) inkişaf edə bilər.

Bir çox hallarda apopleksiya qarın boşluğuna qanaxma ilə və ağrılarla müşayiət olunur. Daxili qanaxma arterial təzyiqinin kəskin enməsi, nəbzin artması, halsızlıq, ağızda quruluq, güclü susuzluq, bayılma kimi simptomlarla özünü büruzə verir. Ağrılar adətən qarının aşağı hissəsində (bir çox hallarda zədələnmiş yumurtalığın tərəfində) hiss olunur. Bəzən qadında qanlı ifrazatlar ola bilər.

Lakin bəzi hallarda bu simptomlar (qanaxma və ağrılar) olmaya da bilər (patologiyanın yüngül formalarında).

Sağ yumurtalığın yırtılması daha tez hallarda baş verir. Məsələ burasındadır ki, sağ yumurtalıq sol yumurtalıqla müqayisədə qanla daha bol təchiz olunur.

Normada menstrual dövrünün əvvəlində yumurtalıqlardan birində (sağda və ya solda) dominant follikul yetişməyə başlayır. Dominant follikul böyüdükcə yumurtalığın bu yerdə olan divarı dartılır və nazilir. Nəticədə ovulyasiya zamanı dominant follikulun qışası və yumurtalığın divarının kiçik hissəsi yırtılır və yumurta hüceyrəsi mayalanma üçün spermatozoidlə "görüşə çıxır". Follikulun yerində isə sarı cisim əmələ gəlir.

Yumurtalığın divarının yırtılması yerində kiçik qansızma baş verir və bu "yara" tez bir zamanda sağalır.

Lakin bəzi hallarda müxtəlif səbəblərə görə yumurtalığın divarında olan yırtılmış yer  böyük olur və bu zaman iri damarlar da zədələnir. Bu zaman qanaxma və ağrı baş verir.

Yumurtalığın yırtılması riski polikistoz yumurtalıqlar sindromu, yumurtalıqların kəskin və xroniki iltihablar, damar patologiyaları, qan xəstəlikləri, kiçik çanaqda bitişmələr, qarın nahiyəsinin travmaları, güclü fiziki gərginliklər (o cümlədən cinsi əlaqə, ağır yüklərin qaldırılması və daşıması, idman zalında məşqlər), güclü streslər zamanı artır.

Lakin bəzi hallarda yumurtalığın yırtılması tam sağlam qadında və hətta yuxu zamanı baş verə bilər. Bu səbəbdən mütəxəssislər bu patologiyanın əsas səbəbini orqanizmdə hipofiz hormonlarının (FSH, LH, prolaktin) həddən artıq yüksəlməsi ilə əlaqələndirirlər.

Beləliklə, reproduktiv yaşında olan qadınlarda menstrual dövrünün ortalarında və ya ikinci yarısında qarının aşağı hissəsində kəskin ağrılar və daxili qanaxmanın simptomaları yumurtalığın yırtılmasına işarə edə bilər. Bu halda qadın uzanmalı və dərhal "təcili yardım" çağırmalıdır.

Dəqiq diaqnozun qoyulması üçün qadına qan analizi və USM təyin olunur. Lazım olduqda laparoskopiya keçirilir ki, bu zaman tək diaqnoz qoymaq yox, müalicə etmək mümkün olur.

Müalicəsiz buraxılmış yumurtalığın yırtılması qadının səhhəti və hətta həyatı üçün ciddi təhlükə yarada bilər.

Müalicə üsulları patologiyanın ağırlığından asılıdır. Bir çox hallarda laparoskopik əməliyyat keçirilir ki, bu zaman yumurtalığın və damarların tamlığı bərpa olunur, qarın boşluğunda olan qan və qan laxtaları xaric olunur, qarın boşluğu xüsusi antiseptik məhlullarla yuyulur. Çox nadir hallarda (qanaxmanı dayandırmaq mümkün olmadıqda) zədələnmiş yumurtalıq xaric olunur.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика