ASPİRİN YOXSA ZİRƏ? - Ölüm riskini azaldır

İnsanlar yaşlandığı üçün deyil, xəstəliklərə qalib gələ bilmədiyi üçün ölürlər. 42 mindən çox insan üzərində aparılan tədqiqata görə, 100 ildən az yaşayan insanlar  qocalıq səbəbindən deyil, xəstəliklərə tab gətirə bilmədiyi üçün həyatını itirirlər. Xəstəliklərin də yaranması birbaşa olaraq həyat tərzi və qidalanma ilə bağlıdır.

Mütəxəssislər qidalanma ilə bağlı zaman-zaman müxtəlif fikirlər irəli sürürlər. Onlardan 2 əsas fikri diqqətinizə çatdırırıq.

Qırmızı ətin miqdarına fikir verin:

Ət təkcə xolesterol yükünə görə deyil, həm də həddindən artıq dəmir gücünə görə sağlamlığımıza mənfi təsir göstərə bilər. Araşdırmalar göstərir ki, emal edilmiş və yaxud edilməmiş qırmızı ət istehlakının artması xərçəng və ürək xəstəliklərindən ölüm riskini artıra bilər. Oksidləşmə gücləndiricisi, yəni korroziya sürətləndiricisi kimi də çıxış edə bilən dəmir, həddindən artıq istehlak edildikdə “sərbəst radikal” əmələ gətirir.

Oksid gücünüzü artırın:

Oksid (NO) bədəndəki ən vacib bioloji molekullarımızdan biridir. Xüsusilə damarlarımızın daxili səthlərini örtən qoruyucu hüceyrə (endotel hüceyrələri) təbəqəsinin ifraz etdiyi azot oksidinin miqdarı sağlamlığımız üçün çox əhəmiyyətlidir. Bu hüceyrələrin ifraz etdiyi NO miqdarı artdıqca damarlarımızın divarlarında olan əzələ lifləri rahatlaşır və qan axını asanlaşır. Azot oksidi "NO SENTAZ" adlı ferment tərəfindən istehsal olunur. Kifayət qədər NO istehsal edildikdə, damarlarımız yumşaq və elastik qalır, kifayət qədər NO olmadığı zaman isə damarlar tez sərtləşir. Nəticədə ürək və beyinlə əlaqədar xəstəliklərin riski yüksəlir

 NO istehsalı üçün qida ilə daha çox “ÜZVİ NİTRAT” əldə etməliyik. Xüsusilə yaşıl yarpaqlı tərəvəzlər bol olan üzvi nitratlar NO istehsalını artırır, damarlarımızın elastikliyini artırmaqla yanaşı, oksigenlə zəngin qanın əzələ və toxumalarımıza daşınmasına da kömək edir. Eyni zamanda, o oksigendən daha çox enerji istehsal etməyə də imkan verir. Çuğundur, reyhan, arugula, kahı üzvi nitratların ən güclü mənbəyi hesab edilir.

ASPİRİN YOXSA ZİRƏ?

Xüsusilə COVID-19 dövründə məşhurlaşan bir fikir vardı: hər kəs gündə 100 milliqram “Asetil Salisilik Turşu (ASA)” istehlak etməlidir. Bu turşu da aşağı dozalı aspirin tabletlərində mövcuddur. Bunun qanda laxtalanmanı və xərçəng riskini azaltdığı iddia edilirdi.

Salisilik turşu demək olar ki, 150 il əvvəl söyüd ağacının qabığından əldə edilən bitki mənşəli təbii vasitə kimi həyatımıza daxil olub. Daha sonra süni də ASA formulası ilə istehsal edilib. Lakin salisilik turşusu təkcə söyüd ağaclarında olmur. Bitkilər aləmindəki bir çox meyvə və tərəvəz də salisilik turşu mövcuddur. Nə qədər çox meyvə və tərəvəz yeyirsinizsə, qanınızdakı salisilik turşunun miqdarı da o qədər artmış olur. Bitki mənşəli aləmdə salisilik turşunun ən güclü qaynağı otlar və xüsusilə ƏDVİYYATLADIR. Zerdeçal, isti və şirin paprika, xüsusilə kimyon salisilik turşulu ədviyyatların ən zəngin qaynaqlarıdır. Bir çay qaşığı zirə təxminən 1 uşaq aspirini qədər salisilik turşu ehtiva edir.

Sevinc Hüseynova

Saglamolun.Az