Cinsi istəyi artıran, əhvalı yaxşılaşdıran adi məhsul

Dünyada milyonlarla insan cinsi meyli artırmaq üçün farmasevtik preparatlardan istifadə edir.

Lakin bəzi qida məhsulları var ki, onlar da bu işin öhdəsindən uğurla gəlir.

Statistika göstərir ki, dünyada qadınların 50% libidonun (cinsi meyl, cinsi istək) xroniki olaraq azalmasından əziyyət çəkir. Kişilər arasında bu daha az rast gəlinən problem olsa da, müasir həyatın ritmi, xroniki stress kişilərdə də libidonun azalmasına səbəb olur.

Belə vəziyyətdə dərhal dərman preparatlarına üz tutmayın, qidalanmanızda və həyatınızda müəyyən dəişikliklər etməyə çalışın.

Belə ki, mütəxəssislər libidonun azalması ilə üzləşmiş insana kifayət qədər yatmağı, idmanla məşğul olmağı, təbii qidalara üstünlük verməyi tövsiyə edirlər.

Tünd şokolad beyində dofaminin ifrazını stimullaşdırır. Neyromediator dofamin əhvalı yaxşılaşdırır, stress hormonların səviyyəsini azaldır.  

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, ABŞ-da aparılmış bir araşdırmanın nəticələrinə görə  hər gün 40 qr tünd şokolad yeyən insanın orqanizmində stress hormonu olan kortizolun  səviyyəsi azalır.

Həmçinin tünd şokolad orqanizmdə serotonin hormonunun ifrazını artırır. Serotonin əhvalı yaxşılaşdıran və cinsi meyli artıran maddədir.

Şokoladın müntəzəm olaraq qəbulu arterial təzyiqi normallaşdırmağa yardım edir. Bir çox hallarda məhz hipertoniya ereksiya pozulmalarının əsas səbəblərindən biridir.

Mütəxəssislər hər gün 30-40 qr tünd şokoladı yeməyi tövsiyə edirlər. Bu həm libidoun artmasına, həm də stressin azalmasına,  ürək-damar sistemi xəstəliklərinin profilaktikasına kömək edir.

Saglamolun.Az

........




loading...

HƏKİMLƏR

İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Həmidə Səlimzadə

Həmidə Səlimzadə

Allerqologiya

Həkim-allerqoloq İş stajı - 8 il

Ətraflı...

 


Яндекс.Метрика