Piy əritməyin ən sadə yolu

Çəki atmaqda suyun rolu əvəzsizdir.

Milli.Az xəbər verir ki, gündəlik 3 litrə qədər su içmək arıqlamağa kömək edir. Lakin suyu ilıq halda içmək soyuq halına nisbətdə daha təsirlidir. Belə ki, ilıq su maddələr mübadiləsini sürətləndirir, bu da birbaşa olaraq daha çox piyin yandırılması deməkdir.

Bundan əlavə orqanizm ilıq suyu bədən temperaturuna salmaq üçün əlavə enerji sərf edir. Xərclənən kalori qəbul ediləndən çox olduqda insanda arıqlama prosesi başlayır.

İlıq su içmək, həmçinin bədəndən töksinlərin çıxmasına kömək olaraq, xəstəliklərdən qoruyur, qan dövranını yaxşılaşdırır.

İlıq suyu içmək çətin olarsa, içinə limon sıxa bilərsiniz.

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика