3 ən ziyanlı gigiyena vərdişi

Gigiyena qaydalarına riayət etmək insan sağlamlığında böyük rol oynayır.

Lakin bəzi faydalı bildiyimiz gigiyenik vərdişlər əslində sağlamlığımıza yalnız ziyan vurur.

Saglamolun.az xəbər verir ki, ABŞ-ın gigiyena sahəsində mütəxəssisləri belə vərdişləri araşdırıb.

Onların fikrinə görə, ən ziyanlı gigiyena vərdişi antibakterial gel və sabunlardan müntəzəm istifadə etməkdir. Belə vasitələrin tərkibində olan triklozan orqanizm üçün ziyanlı sayılır.

Həmçinin antibakterial vasitələr dərini çox qurudur, onu daha həssas edir, dərinin normal mikroflorasını pozur, yerli immuniteti zəiflədir.

Digər ziyanlı vərdiş yeməkdən dərhal sonra dişləri təmizləməkdir. Bu halda qida turşuların diş emalına  olan təsiri artır ki, bu da emalın daha tez dağılmasına səbəb olur.

Müntəzəm olaraq cod hamam lifləri, qaynar su və kosmetik skrablardan istifadə də dərinin sağlamlığı üçün ziyanlıdır. Bunun nəticəsində dərinin qoruyucu qatı zədələnir, yuyulur, yerli immunitet zəifləyir.

Dərinin immunietinin zəiflənməsi müxtəlif səpgilər, yaralar, sızanaqlar, akne, göbələk, dəri xəstəliklərinə (dermatit, ekzema və s.) səbəb ola bilər.  

Saglamolun.Az




loading...

KÖRPƏLƏRƏ BAXIM ZAMANI ANALARIN ƏN YAYILMIŞ SƏHVLƏRİ

HƏKİMLƏR

Şəhla İbrahimova

Şəhla İbrahimova

Mammologiya

Konsultant-mammoloq Tibb üzrə fəlsəfə elmləri doktoru

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq. Vaginizm üzrə mütəxəssis. Cinsəl terapist Əmək stajı - 17...

Ətraflı...

 


Яндекс.Метрика