Soyuq aylar başladı - Antibiotiklər lazımdır?

Antibiotiklər – mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sozu olub mənası: anti- “qarşı”, bios isə “həyat” deməkdir.

Qaraciyəri müalicə edən BİTKİLƏR

 

Qaraciyərə faydalı bir çox dərman bitkiləri var.

Sağlamolun.az onlardan bəzilərini və istifadə qaydalarını təqdim edir:

Nanə

  • Faydaları: Nanə zəhərlənmə zamanı çox faydalıdır, qaraciyərə toksik maddələrdən təmizlənməyə və daha çox öd istehsal etməyə kömək edir.
  • Hazırlanması: 5 qram nanə yarpağını 1 stəkan qaynar su ilə dəmləyin, 15 dəqiqə saxlayın.
  • İstifadəsi: Hər 3 saatdan bir 1 xörək qaşığı içmək məsləhətdir.

Gənəgərçək (Calendula)

  • Faydaları: Gənəgərçək qaraciyərdə maddələr mübadiləsini sürətləndirir, onun sekretor funksiyasını yaxşılaşdırır və öd ifrazını artırır.
  • Hazırlanması: 2 çay qaşığı çiçəyi 2 stəkan qaynar su ilə dəmləyin, 1 saat saxlayın, sonra süzün.
  • İstifadəsi: Bu müalicəvi içkidən gündə 4 dəfə yarım stəkan içmək məsləhətdir.

Papatya

  • Faydaları: Papatya qaraciyər ağrılarına yaxşı təsir edir, spazmları tez aradan qaldırır və bütün bədənə sakitləşdirici təsir göstərir.
  • Hazırlanması: 1 xörək qaşığı quru papatyanı 1 stəkan qaynar su ilə dəmləyin, 20 dəqiqə saxlayın.
  • İstifadəsi: Süzün və səhər-axşam yarım stəkan için.

Qulaq ağrısına 7 Təbii ÇARƏ