Çaytikanı və baldan hazırlanan çay ən yaxşı antidepressantdır. Bunu alimlər sübut edib, biz isə bunu təsdiq edirik. Həmçinin çaytikanı güclü iltihab əleyhinə təsirə malikdir. Üstəlik, bu çay çox-çox dadlıdır!
Sağlamolun.az hazırlanma qaydasını təqdim edir:
Tərkibi:
- 150 q çaytikanı,
- 2 xörək qaşığı qara çay,
- 2 xörək qaşığı bal,
- 500 ml su.
Hazırlanması:
Çaytikanı giləmeyvələrini yaxşıca yuyun, 2/3 hissəsini qaşıqla əzərək püreyə çevirin. Çaydana çaytikanı püresini, qalan giləmeyvələri və qara çayı əlavə edin. Üzərinə qaynar su tökün, dəmləyin və 10-15 dəqiqə saxlayın. Hazır çayı süzgəcdən keçirib, zövqə görə bal əlavə edin. Bu içkini qara çay əlavə etmədən də hazırlaya bilərsiniz.
Saglamolun.Az