Sirroz müalicə olunurmu?

Qara ciyər sirrozu zamanı müxtəlif səbəblərə görə (spirtli içkilərin qəbulu, B və C virus hepatitlərin təsiri, dərmanların təsiri, autoimmun xəstəliklər və s.) qara ciyər toxuması tədricən çapıq toxuması ilə əvəz olunmağa başlayır.

Çapıq toxuması, təbii ki, qara ciyər toxumasının funksiyalarını yerinə yetirə bilmir və bu səbəbdən xəstədə qara ciyər çatışmazlığı kimi ağır pozulma inkişaf edir. Gecikmiş mərhələlərdə qara ciyər sirrozu xəstənin az bir müddət ərzində ölümünə səbəb olur.

Gördüyümüz kimi, qara ciyər sirrozu çox ağır xəstəlikdir. İnsanların əksər hissəsi bu xəstəliyi "ölüm hökmü" kimi qəbul edir. Bəli, sirroz tam müalicə olunmur. Lakin xəstəliyin ilkin mərhələlərində sirrozun qara ciyərə olan dağıdıcı təsirini xeyli ləngitmək və xəstəni xilas etmək mümkündür. Burada ən əsas şərt xəstəliyi vaxtında aşkar etməkdir. Təəssüf ki, xəstəliyin ilk mərhələlərində sirroz özünü heç bir ciddi simptomla büruzə vermir. Xəstəlik hətta illər ərzində, demək olar, simptomsuz inkişaf edə bilər. Xəstəni halsızlıq, tez yorulma, qara ciyər nahiyəsində dartıcı ağrılar kimi simptomlar narahat edə bilər. Bu simptomlarda mütləq hepatoloqa müraciət etmək lazımdır.

Saglamolun.az bildirir ki, sirrozun müalicəsi müəyyən rejim, qidalanma, fiziki və psixoloji gərginliklərin məhdudlaşdırılması, müəyyən dərmanların qəbulu, ağırlaşmaların profilaktikası və müalicəsindən ibarətdir.

Yuxarıda qeyd etdiyimiz kimi, müalicənin nəticəsi və proqnozu xəstəliyin ağırlığından asılıdır.

Xəstəliyin səbəbi B və ya C virus hepatitləri olduqda, xəstəyə xüsusi virusəleyhinə müalicə təyin olunur. Virusəleyhinə preparatlar virusun aktivliyini yatırdır və həmçinin sirros və fibroz əleyhinə təsir edir.

Xəstəliyin səbəbi spirtli içkilərin qəbulu olduqda xəstə spirtli içkilərdən tam imtina etməli və həkim tərəfindən təyin olunan hepaprotektorları (qara ciyərin bərpasını stimullaşdıran  preparatlar) qəbul etməlidir.

Pəhrz də sirroz zamanı böyük müalicəvi rol oynayır - çox yağlı, qızardılmış, duzlu qidalar, spirtli içkilər əks göstərişdir.

Xəstəliyin gecikmiş mərhələlərində ağır pozulmalar inkişaf edir - qida borusu və mədə damarlarında varikoz genişlənməsi inkişaf edir, qarın boşluğunda qanaxma yaranır, burada maye yığılır (buna "assit" deyilir). Assitin müalicə üçün duzsuz pəhriz və diuretiklər (sidikqovucu) preparatlar istifadə olunur, ağır vəziyyətlərdə parasentez aparılır (qarın boşluğu deşilir və maye xaric olunur). Assit inkişaf etdikdən sonra xəstələrin 50%-i 2 ilə kimi, qalan 25-50%-i isə 6 ay yaşayır.

Saglamolun.Az




loading...

Uşaqlarda QIZDIRMA ilə bağlı BÜTÜN SUALLARA ən dolğun cavablar

 

 

 

 
loading...

HƏKİMLƏR

Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
İsmayılova Xəyalə

İsmayılova Xəyalə

Ginekologiya

Mama-ginekoloq Uşaq ginekoloqu

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...

 


Яндекс.Метрика