Загрузка...

Körpələrdə laktaza çatışmazlığı və ya laktoza dözümsüzlüyü

Xüsusi ədəbiyyatlardan əldə edilən məlumatlara əsasən, şəkərləri, xüsusilə laktozanı parçalayan fermentlərin fəallığının dəyişikliyi ilə əlaqədar olan karbohidrat mübadiləsi xəstəliklərinə NADİR HALLARDA rast gəlinir.

Müxtəlif ölkələrdə müxtəlif göstəricilər mövcuddur. Bu cür xəstəliklərin tezliyi 20000-də 1 nəfərdən- 200000-də 1 nəfərə qədər dəyişir. Bəs nə üçün pediatrlar az qala hər ikinci uşağa laktoza dözümsüzlüyü diaqnozu qoyurlar?

Əgər bu xəstəlik müalicə olunmadığı halda hipotrofiyaya, insan ölümünə səbəb olursa və körpələrin əksəriyyətində rast gəlinirsə, bəşəriyyət əsrlər boyunca sağ qalmağı necə bacarıbdır? İnsanların bu günə qədər sağ gəlib çıxmasının səbəbi odur ki, genetik səciyyə daşıyan və zəruri fermentlərin tam yoxluğu və ya ciddi çatışmazlığı ilə əlaqədar olan həqiqi laktoza dözümsüzlüyünə nadir hallarda rast gəlinir.

Bəs tez-tez rast gəlinən nədir? Həkimlər daim hansı problemlə üzləşir? Bu əmizdirmənin düzgün təşkil olunmadığı halda meydana gələn laktoza dözümsüzlüyüdür.

Əgər ana körpəni sutkada 6-7 dəfə əmizdirir, südü əmizdirmə üçün “yığıb saxlayır”, əmizdirmələrdən sonra südünü sağır, əmizdirmə zamanı körpəni gah bir döşə, gah o biri döşə qoyursa – laktoza dözümsüzlüyünün inkişaf etmə ehtimalı çox böyükdür. Bu, meydana gəlmə səbəbi “ön” və “arxa” südün disbalansı olan məhz həmin laktoza dözümsüzlüyüdür. Beləliklə, körpə çox vaxt daha duru, tərkibində yüksək miqdarda laktozda olan “ön” südü yeyir. Həmçinin südəmizdirmələr arasında döşdə əsasən “ön” süd yığılır, daha qatı, daha yağlı “arxa” süd isə körpə südü əmdikdə ifraz olunur. Əgər ana körpəni əmizdirmənin başlanğıcından 5-10 dəqiqə sonra digər döşə keçirirsə, körpə o döşdən yalnız ön südü yemiş olur, arxa südü isə ana sağır. Bu halda körpə çəkidə az artır, nəcisi duru, yaşıl və köpüklü olur. Bu zaman ana elə bilir ki, südü çox olsa da, südünün keyfiyyəti pisdir.

Belə halda, ana körpənin əmməsini məhdudlaşdırdıqda, məsələn 15-20 dəqiqədən artıq əmməyə qoymadıqda üzləşmək olar. Körpə adətən “arxa” südə çata bilmir. Bundan əlavə, sutkada 6-7 dəfə əmməklə, o süd əmələ gəlməsi üçün döşü kifayət qədər stimulyasiya etmir. Odur ki, yuxarıda sadalanan hallarda həm də süd çatışmazlığı baş verə bilər. Körpəni laktozasız süni qida ilə əmizdirdikdə, körpə kökəlməyə başlayır, hər kəs dərindən nəfəs alır və beyinlərdə belə bir yalnış təsəvvür formalaşır ki, ana südü keyfiyyətsiz ola bilər və ümumiyyətlə müasir qadınlarda süd az olur.

Həmçin, tranzitor, müvəqqəti laktaza çatışmazlığına da rast gəlinir. Düzgün təşkil olunmuş əmizdirmədə körpə çəkidə yaxşı artır, özünü yaxşı hiss edir, lakin həyatının ilk 2-3 ayında (bəzən isə daha uzun müddət) onun nəcisi köpüklü olur. Ana bu barədə həkimə məlumat verdikdə, müayinə təyin olunur, təhlil zamanı körpənin nəcisində şəkərlər aşkar olunur. Körpəni laktozasız süni qidaya keçirirlər. Halbuki, laktozanın tam sorulmaması südəmər körpələr üçün adi haldır!!! (6 həftəlik uşaqların 66%-i, 3 aylıq uşaqların 60%-də bu hala rast gəlinir).

Məsələn, bu halda bir anaya deyilib: “Sizin körpəniz güclü ağrı hiss edir! Görmürsünüz o qazlardan necə əziyyət çəkir!? Siz isə onu öz südünüzlə əmizdirməyə davam edirsiniz! Südünüz körpə üçün zəhərdir!”. Mən demirəm ki, bütün pediatrlar belədir. Mən, körpənin özünü yaxşı hiss etdiyi halda, sadəcə əldə edilmiş laboratoriya nəticələrinə əsasən müalicə etməyən və hətta artıq müayinələr təyin etməyən həkimlər tanıyıram!

Gəlin xatırlayaq ki, son 50 il ərzində həkimlər əsasən süni qida ilə qidalandırılmış körpələrlə işləyiblər. Müvafiq olaraq, bir çox biliklər və laboratoriya testləri yalnız bu qrup uşaqlara tətbiq oluna bilər. Süni qida ilə qidalandırılan körpənin nəcisində şəkərin olması patologiyadır. Südəmər körpənin nəcisində şəkərin olması isə normaldır! Şəkərin yüksək səviyyədə olması, körpənin əmizdirilməsinə dair qeyri-düzgün məsləhətlərin (əmizdirmə zamanı döşün tez-tez dəyişdirilməsi, əmmənin müddətinin məhdudlaşdırılması, əmizdirmədən sonra südün sağılmasının) nəticəsi ola bilər, çünki bu halda körpə çoxlu miqdarda laktoza ilə zəngin ön süd qəbul edir. Laktoza dözümsüzlüyü və yeni doğulmuş körpə – bir-birinə yad iki məfhumdur!

Müəllif: Liliya Kazakova, pediatr, əmizdirmə üzrə məsləhətçi
Tərcümə edən: Xumar Ərşadlı
Mənbə: www.akev.ru

Vib.az

.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика