ALİMLƏR AÇIQLAYIR
Gündəlik qəhvə istehlakı qadınların sağlam qocalmasına kömək edir. Araşdırmanın nəticələri bu il Amerikan Bəslənmə Cəmiyyətinin Orlandoda keçirilən illik toplantısında təqdim olunub. Elm adamları təxminən 47 min qadının son 30 ilə aid məlumatlarını təhlil edərək bu qənaətə gəliblər.
ABŞ-ın nüfuzlu Harvard Universitetində aparılan yeni araşdırma, gündəlik qəhvə istehlakının qadınların sağlam yaşlanmasına müsbət təsir göstərdiyini ortaya çıxarıb. Tədqiqat nəticələrinə görə, xüsusilə orta yaşlı qadınlar gündə 2,5 fincana qədər qəhvə istehlak etdikdə, bu onların ürək-damar xəstəlikləri riskini azaltmağa və 2-ci tip şəkərli diabetin qarşısını almağa kömək edir.
"Sağlam yaşlanma" anlayışı, ciddi xroniki xəstəliklər və fiziki, psixoloji və ya idrak məhdudiyyətləri olmadan ən azı 70 yaşa qədər yaşamaq kimi müəyyənləşdirilib.
Mütəxəssislər, qəhvənin tərkibindəki antioksidantların və digər faydalı maddələrin bu müsbət təsirlərə səbəb ola biləcəyini bildirir. Bununla belə, qəhvənin miqdarına diqqət etmək və fərdi sağlamlıq vəziyyətinə uyğun istehlak etmək tövsiyə olunur.
Saglamolun.Az