PSİXOLOQLAR AÇIQLAYIR
Psixologiya sahəsində aparılan çoxsaylı araşdırmalar göstərir ki, aşağı səviyyədə bilik və bacarığa malik insanlar çox vaxt özlərinə həddindən artıq güvənirlər. Əksinə, həqiqətən bilikli və təcrübəli mütəxəssislər isə öz bacarıqlarını lazımınca qiymətləndirmir. Bu paradoksal vəziyyət Danning–Kryuger effekti ilə izah olunur.
Bu fenomen ilk dəfə amerikalı psixoloqlar David Danning və Justin Kruger tərəfindən müəyyən edilib. Onların fikrincə, qeyri-kompetent insanlar öz cahilliklərini dərk etmədikləri üçün bacarıqlarını olduğundan yüksək qiymətləndirir. Bu insanlar səhvlərini başa düşmək üçün zəruri biliklərə malik olmadıqlarından, özlərində problem görmür və inamlı davranırlar.
Yüksək ixtisaslı şəxslər isə əksinə, öz sahələrinin dərinliklərini daha yaxşı anlayırlar və nəyin çatışmadığını görürlər. Onlar tez-tez özlərini daha təcrübəli mütəxəssislərlə müqayisə edir, bu da özlərinə qarşı daha tənqidi yanaşma və yüksək standartlar formalaşdırır.
Psixoloqlar qeyd edirlər ki, Danning–Kryuger effekti bir sıra eksperimentlərlə sübuta yetirilib. Özünü düzgün qiymətləndirmək bacarığı — həm uğur qazanmaq, həm də öyrənmək üçün əsas şərtlərdəndir.
Saglamolun.Az