Загрузка...

Fosfor mikroelementi və onun orqanizmdə rolu...

Fosfor mikroelementi orqanizm üçün çox lazımlı mikroelemntlərdən biriridir. Fosfor - orqanizmdə kalsiydən sonra ən çox yayılmış mineraldır.

Onun oksigenlə birləşməsindən fosfatlar yaranır. Fosfatlar isə bütün bitki və heyvan hüceyrələrinin tərkib hissəsini təşkil edirlər.

Bizim orqanizmdə orta hesabla 500-750 qr fosfor var. Onun təxminən 90% -i skelet sümüklərində və dişlərdə yığılır.

Fosfor orqanizm üçün çox önəmlidir. Bu mikroelement metaloiddir. O, şəraitdən asılı olaraq, gah oksidləşdirici, gah da bərpaedici xüsusiyyətə malikdir. Fosfor praktiki olaraq orqanizmdə baş verən bütün metobolik reaksiyaların həyata keçməsi üçün əvəzolunmazdır.

Fosfora olan gündəlik tələbat.

Yaşlı ortastatistik insan üçün bu mikroelentə olan gündəlik norma 0.8-1.2 qr təşkil edir. Fosfor öz birləşmələri halında orqanizmdə baş verən bütün proseslərin həyata keçməsi üçün çox lazımlıdır. İdman və ağır fiziki işlə məşğul olan insanlar fosforu gündəlik təyin olunmuş normadan 1.5-2 dəfə çox qəbul etməlidirlər. Hamilə və südverən xanımlar üçün isə bu norma  1.5 qr təşkil edir.

Əgər qida rasionunuz balanslaşdırılmış və normaldırsa, o tam olaraq orqanizmin bu mikroelementə olan tələbatını ödəyə bilir. Bu səbəbdən adətən əlavə fosfor qəbulu tələb olunmur.

Həmçinin nəzərinizə çatdırırıq ki, kalsiy və fosfor bir biri ilə sıx qarşılıqlı əlaqədə olduğundan, fosforun nəinki miqdarı, həmçinin onun kalsiy ilə düzgün nisbəti çox vacibdir.

Sonda isə sizə fosforla zəngin olan qida məhsullarını təqdim edirik: balqabaq tumları, yarma, paxlalılar fəsiləsinə aid məhsullar, qoz, alma, xiyar, armud, kələm və dəniz məhsulları.

Sadaladığımız qida məhsullarından bəlli olduğu kimi, normal qida rasionunuz  olduqda, orqanizmin bu mkroelementə olan tələbatı ödənmiş olacaq.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...

SON YAZILAR

5 ən sadə pəhriz

22-07-2018 /219

Яндекс.Метрика