İshalın müalicəsi

Yay aylarında insanlar bu problemlə daha tez-tez üzləşir.

Bunun üçün səbəblər çoxdur: isti hava, xarici ölkələrə səyahətlər, meyvə və tərəvəzlərin bol olması və s.

İshalın səbəbləri müxtəlif ola bilər:

- qida zəhərlənmələri,

- virus və bakterial infeksiyaları (rotavirus, adenovirus, qızılı stafilokokk, salmonella, bağırsaq çöpü və s.),

- allergiyalar,

- həzm pozulmaları (qastrit, pankreatit, bağırsaq iltihabıarı),

- hormonal pozulmalar (tireotoksikoz - qalxanvari vəzi xəstəliyi),

- bəzi dərman preparatların qəbulu (işlətmə dərmanları, bir çox antibiotiklər, qan laxtalanmasına qarşı olan preparatlar, aritmiyanın müalicəsində istifadə olunan preparatlar və s.),

- stresslər.

Əgər ishal xroniki xarakter alıbsa (3-4 həftədən artıq davam edir), mütləq həkimə müarciət edib onun səbəbini təyin etmək lazımdır. Diareya bəzi hallarda çox ciddi xəstəliklərin əlaməti ola bilər.

Adətən diareyanı evdə müalicə edirlər (bu haqda aşağıda məlumat verilir). Bu kimi hallarda isə diareya zamanı dərhal həkimə müraciət etmək lazımdır:

- ev şəraitində olan müalicə 3 gündən artıq davam edir və heç bir effekt vermir,

- diareya körpə uşaqda və yaşlı (zəifləmiş) insanda inkişaf etdikdə,

- diareya 38 C-dən yuxari olan hərarətlə müşahidə olunur,

- müalicə allergik reaksiyalara (səpgilər və s.) səbəb olub,

- (!) nəcis qara rəngdıdir (bu mədə və ya qida borusu qanaxmanın əlaməti ola bilər),

- (!) diareya tünd-qəhvəyi və ya qanlı qusma ilə müşayiət olunur (bu mədə və ya qida borusu qanaxmanın əlaməti ola bilər),

- (!) qarında güclü ağrılar var,

- (!) insanda güclü susuzlaşma əlamətləri var (halsızlıq, başğıcəllənməsi, bayılma, çox quru və qırışmış dəri, sidik çox az ifraz olunur və ya heç ifraz olunmur).

Axırıncı 4 halda (!) dərhal "təcili yardım" çağırmaq lazımdır.

Beləliklə, kəskin diareya zamanı diareyanın səbəbindən asılı olmayaraq ilk növbədə xəstə mütləq müəyyən pəhriz saxlamalıdır. Pəhriz ishal zamanı çox vacib müalicəvi rol oynayır.

İshal zamanı bu kimi qidalar tam əks-göstərişdir:

- qara çörək,

- təzə meyvə-tərəvəz və giləmeyvələr,

- ədviyyatlar,

- duzlu, yağlı, qızarmış, hisə verilmiş qidalar,

- un məmulatları,

- süd və yağlı süd məhsulları (yağsız duzsuz şor və yağsız yoqurt - bioyoqurt olar),

- paxlalılar (lobya, noxud),

- göbələk,

- bütün şirniyyatlar,

- qazlı içkilər,

- qəhvə,

- soyuq içkilər və qidalar.

İshalın 1-2-ci günləri banan, bişmiş düyü (düyü həlimi), alma püresi (şəkər əlavə olunmur), suxarı yemək olar. Əgər iştaha yoxdursa, zorla yeməyin. Bu bağırsaqlara dincəlməyə imkan verir və diareya daha tez keçir. Lakin maye mütləq qəbul olunmalıdır.

Diareya zamanı mayenin bərpası üçün xüsusi məhlullar (riqedron, qastrolitin) istifadə olunmalıdır. Bu orqanizmi susuzlaşmadan xilas edir. Susuzlaşma çox təhlükəlidir və hətta ölümə (xüsusilə kiçik uşaqlarda və yaşlı insanlarda) səbəb ola bilər. Digər mayelərin arasında çay, qaragilə və nar qabıqları dəmləmələri, adı su qəbul oluna bilər.

Diareya müalicə olunduqda pəhrizi tədricən genişləndirmək olar. Pəhrizə yağlı olmayan ət və ya balıq bulyonlarda bişmiş suplar, bişmiş yumurta, ət, balıq əlavə oluna bilər. Bütün qidalar suda və ya buğda bişirilməlidir, yumşaq olmalıdır, ədviyyatlar əlavə olunmamalıdır. Qida kiçik porsiyalarla və tez-tez (hər 3 saatdan bir) qəbul olunmalıdır.

Əgər güclü ishal güclü qusma ilə müşayiət olunursa, mütləq "təcili yardım" çağırın.

İshal zamanı ilk növbədə "smekta" preparatını qəbul etmək lazımdır. "Smekta" diareya başlayan kimi qəbul olunduqda daha tez effekt verir. Bu preparat böyüklərdə ilk dəfə 2 paket dozasında (1 paket + 1/2 stəkan su), daha sonra isə 1 paket hər 8 saatdan bir 3-4 gün ərzində qəbul olunmalıdır.  "Smekta"nı hər yaşda olan insanlar, hamilə və uşaq əmizdirən qadınlar qəbul edə bilər.

Həkimlər ishal zamanı aktivləşdirilməş kömürdən istifadə etmək tövsiyə etmir. Kömür azeffektlidir və bundan əlavə bağırsaqların selikli qişasını zədələyir.

Digər ishal zamanı geniş istifadə olunan preparat "imodium"dur. Lakin bu preparatın istifadəsi təhlükəli ola bilər! Bu preparat "smekta"dan fərqli olaraq ziyanlı maddələri bağırsaqdan çıxarmır və əksinə olaraq bağırsaqların hərəkətliliyini tormozlayır. Nəticədə burada olan ziyanlı maddələr bağırsaqlarda qalır, sorulur və insanın orqanizmini daha da zəhərləyir. Beləliklə, infeksion diareya zamanı bu preparat çox təhlükəli ola bilər. Yadınızda saxlayın: "imodium" diareyanı müalicə etmir, yalnız müvəqqəti olaraq diareyanın simptomlarını aradan qaldırır. 5-6 yaşına kimi olan uşaqlar üçün bu preparat gəti əks-göstərişdir!

Kəskin bağırsaq infeksiyaları zamanı (diareya bədən hərarətinin artması ilə müşayiət olunur) "enterofuril", "stopdiar" kimi preparatlar istifadə olunur.  2 ayına kimi olan uşaqlar, hamilə və uşaq əmizdirən qadınlar üçn bu preparatın qəbulu tövsiyə olunmur.

Diareya zamanı bağırsaqların mikroflorası pozulur. Mikrofloranı bərpa etmək üçün "enterol", "lineks", "baktisubtil", "xilak fort" və s. kimi preparatlar istifadə olunur.

Bəzi hallarda diareya zamanı antibiotiklər istifadə olunur (həkim təyin edir!).

Mənbə: www.happydoctor.ru

Saglamolun.Az