Загрузка...

Şəkərli diabet və onun ağırlaşmaları

Şəkərli diabet çox yayılmış xəstəlikdir. Bu xəstəlik qanda qlyükozanın (şəkərin) səviyyəsinin normadan yüksək olması ilə müşayiət olunur.

Şəkərin qanda daim yüksək olması orqanizmin müxtəlif orqan və sistemlərində ciddi pozulmaların inkişafına səbəb olur. Şəkərli diabet zamanı bu kimi orqan və sistemlərdə ciddi pozulmalar yaranır:

- böyrəklər

- ürək və beyin qan damarları

- gözlər

- sinir sistemi

- aşağı ətrafların qan damarları

Şəkərli diabet böyrəklərdə ciddi pozulmalara səbəb olur ki, bunun nəticəsində bu xəstələrin bir hissəsində böyrək çatışmazlığı kimi ağır fəsad inkişaf edir. Bəzi statistik məlumatlra əsasən, 20% diabet xəstələrində böyrək çatışmazlığı nəticəsində böyrəklər tam fəaliyyətdən qalır və xəstənin həyatını xilas etmək üçün böyrək köçürülməsi əməliyyatı və ya hemodializ (həftədə bir neçə dəfə həyatın sonuna kimi) tələb olunur.

Şəkərli diabet xəstələrində insult və miokard infarktı kimi ağır pozulmaların riski sağlam insanlarla müqayisədə daha böyükdür. Sağlam insanlarla müqayisədə diabetdən əziyyət çəkən insanlarda infarktın və insultun riski 2-3 dəfə artmış olur.

Şəkərli diabet xəstələrində katarakta (el arasında "mirvari suyu" kimi tanınır) xəstəliyinin riski 2 dəfə artmış ollur. Ümumillikdə şəkərli diabet gözlərin sağlamlığına çox mənfi təsir edir. Şəkərli diabet xəstələrində gözün tor qişası ciddi şəkildə zədələnir və bu görmənin zəifləməsinə və hətta korluğa səbəb ola bilər.

Şəkərli diabet zamanı sinirlərdə də pozulmalar yaranır. Məhz bu səbəbdən xəstələrdə ayaq pəncələrində həssaslıq azalır - xəstələr bu nahiyələrdə ağrı, soyuq və s. az hiss edir. Bu isə nəticədə müxtəlif pəncə travmalarına, donvurmalara və s. səbəb olur. Belə travmalar və həmçinin diabet xəstələrinə xas olan aşağı ətraflarda qan dövranının pozulması gələcəkdə pəncənin qanqrenasına və amputasiyaya (kəsilmə) səbəb ola bilər.

Digər sinirlərlə bağlı pozulma impotensiyadır. Bəzən bu simptom hətta xəstəliyin əvvəlində meydana çıxır.

Həkimlərin fikirinə görə, bütün bu ağırlaşmaların qarşısını almaq mümkündür. Bunun üçün bu xəstəliyi olan insan qanda şəkərin səviyyəsinə daim nəzarət etməli, lazım olan müalicə almalı, müəyyən pəhriz saxlamalı, bədən tərbiyyəsi və idmanla məşğul olmalı, streslərdən uzaq olmalıdır. Bütün bunlar qanda şəkəri normal səviyyədə saxlamağa kömək edir və orqanizm şəkərli xəstəliyin dağıdıcı təsirindən qorunmuş olur.


Saglamolun.Az

.
Загрузка...
.

loading...
.

HƏKİMLƏR

Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика