Nə üçün çox xurma yemək olmaz? Bilmədiyiniz TƏHLÜKƏ

Xurma ən faydalı meyvələrdən biri sayılır. Xurma ürəyin sağlamlığını qoruyur, xolesterinin səviyyəsini aşağı salır, orqanizmi lazım olan vitamin və minerallarla təmin edir.

Lakin bütün bu faydalı xüsusiyyətlə yanaşı xurmanın çoxlu miqdarda istehlakı bəzən çox ağır fəsadlara səbəb ola bilər.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, xurma güclü büzücü təsirə malik olan tanin maddəsi ilə zəngindir. Tanin mədə və bağırsaqlarda qidalı liflərlə birləşəndə bərk kütlə əmələ gəlir. Əgər birdən birə çoxlu miqdarda xurma yeyən insanın mədə-bağırsaq sisteminin  motorikası zəifdirsə, mədə şirəsinin turşuluğu aşağıdırsa, həzm sistemi xəstəliyi varsa, belə kütlə mədə və ya bağırsaqda “ilişə” bilər, bağırsaq keçməməzliyi yarana bilər. Tibdə buna “fitobezoar” deyilir. Bu kifayət qədər təhlükəli vəziyətdir  ki, onu əksər hallarda cərrahi yolu ilə müalicə edirlər - bağırsaq kəsilir və bezoar oradan çıxarılır.

Bu səbəbdən mütəxəssislər xurmanı yeməkdən dərhal sonra deyil, yeməklər arası yeməyi, gün ərzində 1-2 xurmadan artıq yeməməyi tövsiyə edirlər. Həmçinin xurmadan sonra süd, qatıq, yoqurt və s. zülallarla zəngin olan məhsulları yemək olmaz ki, bu halda bezoarın əmələ gəlməsi riski artır.   

Saglamolun.Az




loading...

Yaz və payızda ən yayılmış KOKSAKİ virusu və onun müalicəsi

 

 

 

 
loading...

HƏKİMLƏR

Ülviyyə Qurbanova

Ülviyyə Qurbanova

Kosmetoloq

Dermatoveneroloq, kosmetoloq İş stajı: 19 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Seymur Məmmədov

Seymur Məmmədov

Ürək-damar cərrahiyyəsi

Ürək və damar cərrahı İş stajı – 8 il

Ətraflı...

 


Яндекс.Метрика