Adətən hamiləliyin əvvəlində qadınların əksəriyyəti yorğunluq, zəiflik, baçgicəllənməsi hiss edir, ürəkbulanması və qusmadan əziyyət çəkirlər.
Bu erkən toksikozdur. Həkimlərin fikirinə görə, erkən toksikozun səbəbi qadının hormonal sistemində gedən güclü dəyişikliklərdir. Adətən hamiləliyin 2-ci trimestrində (üçaylığında) bütün bu xoşagəlməz hallar bir neçə gün ərzində azalaraq tamamilə yox olur.
Ekən toksikoz patoloji hal sayılmır və heç bir xüsusi müalicə və s. tələb etmir. Bəzi, çox nadir hallarda hamilə qadın çox güclü, bəzən də arasıkəsilməyən qusmadan əziyyət çəkir ki, bunun nəticəsində qadında kəskin susuzlaşma yarana bilər. Kəskin susuzlaşma hamiləlik və hətta qadının həyatı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən belə qadına təcili tibbi yardımın göstərilməsi tələb olunur.
Belə qadınlar da var ki, hamiləliyin əvvəlindən axırına kimi toksikozun heç bir simptomunu hiss etmir, özlərini adi (hamilə olmayan) vaxtlardaki kimi hiss edirlər. Bir çox hallarda qadınlar buna görə çox narahat olurlar. Onlara elə gəlir ki, toksikozun olmaması hamiləliyin qeyri-normal keçməsinin simptomudur. Lakin bu heç də belə deyil. Hamilə qadın toksikozun heç bir əlamətini hiss etməyə də bilər və bu heç də hər hansı pozulmanın əlaməti sayılmır. Əksinə olaraq bu qadının, sözün əsl mənasında, bəxti gətirdi, və o, heç bir əziyyət çəkmədən öz vəziyyətindən yalnız zövq ala bilər.
Lakin onu da nəzərinizə çatdıraq ki, əgər qadında toksikozun bütün əlamətləri birdən birə bir gün ərzində kəskin şəkildə yox olubsa, bu narahatçılıq üçün ciddi səbəb yaradır. Bir çox hallarda bu o deməkdir ki, hamiləlik inkişafdan qalıb. Bu səbəbdən əgər sizdə, misal üçün, dünən güclü ürəkbulanması, başgicəllənməsi, halsızlıq və s. bu kimi simptomlar var idisə, bu gün isə onlar tamamilə yox oldular, mütləq ginekoloqa müraciət edin və USM-dən keçin.
Mənbə: www.nedeli.org
Saglamolun.Az