Bu şəxslərə isti hava xüsusilə ziyanlıdır

Çox isti havada insan orqanizmi ağır yükləmələrə məruz qalır, bir çox xəstəliklərin inkişafı və ya kəskinləşməsi riski artır.

Həkimlərin fikirinə görə, istənilən xroniki xəstəliklər isti havanın təsirindən kəskinləşə bilər. Bu səbəbdən belə xəstəlikləri olan insanlar öz sağlamlığına qarşı daha diqqətli olmalı və vəziyyətində hər hansı pozulma aşkar etdikdə dərhal həkimə müraciət etməlidir.

- Belə ki, isti havada qanın damarlarda hərəkəti sürətlənir, qan daha qatı olur. Nəticədə insanda olan ürək-damar sistemi xəstəlikləri və pozulmaları kəskinləşə bilər. İsti hava infarkt və insult kimi ağır pozulmaların inkişafına təkan verir.

Sağlamolun.az bildirir ki, hipertoniyadan əziyyət çəkən insanlarda təzyiqlə bağlı problemlər yaranır (təzyiq qeyri-sabit olur - gah qalxır, gah düşür).

Bu səbəbdən ürək-damar sistemi xəstəlikləri olan insanlar öz vəziyyətinə qarşı çox diqqətli olmalı, isti havada çölə çıxmamalı, ağır fiziki yükləmələrdən, streslərdən uzaq olmalı, ağır yağlı qidalardan imtina etməli, kifəyət qədər su içməlidir (əgər buna əks-göstəriş yoxdusa).

- İsti havada hormonların ifrazı də sürətlənir. Hipertireozdan (qalxanvari vəzinin fəaliyyətinin artması ilə bağlı olan pozulma) əziyyət çəkən insanlar üçün bu çox ziyanlıdır. İsti hava, gün şüaları, havada yodun artması qalxanvari vəzini daha da fəal işləməyə məcbur edir. Bu isə hipertireoz zamanı yolverilməzdir. Hipertireozdan əziyyət çəkən insanlar isti havada çölə çıxmamalı, açıq günün altında gəzməməlidir.

Mütəxəssislər hipertireozdan əziyyət çəkənlərə xüsusilə isti günlərdə qalxanvari vəzinin üzərinə soyuq suda (buz kimi yox!) isladılmış kompres qoymağı tövsiyə edirlər.

- Çox isti hava böyrəklərin fəaliyyətinə də mənfi təsir edir. Daha dəqiq desək, havanın özü yox, isti havada insan orqanizmində inkişaf edən susuzlaşma.

Susuzlaşma zamanı bədəndə su-duz balansı pozulur, qan qatılaşır ki, bu da böyrəklərin işini xeyli çətinləşdirir.

Əgər siz yanğı hiss etməyə başlayırsınızsa, demək, orqanizmdə susuzlaşma prosesi artıq gedir və böyrəklər də əziyyət çəkməkdədirlər. Ona görə də sağlamlıq buna yol verirsə (ağır böyrək, ürək xəstəlikləri və s. yoxdursa), gün ərzində 2-3 l maye qəbul etmək lazımdır. Adi təmiz su ən yaxşı seçimdir. Həkimlər suya az miqdarda duz əlavə etməyi tövsiyə edir. Bu susuzlaşma ilə mübarizədə çox yaxşı kömək edir.

Birdən birə 1 stəkandan artıq su içməyin. Əks halda böyrəklər həddindən artıq yüklənir.

Həkimlə məsləhətləşmədən heç bir mineral suyu, xüsusən də güclü şəkildə minerallaşmış suları qəbul etmək olmaz. Belə suların tərkibində olan bu və ya digər duzların miqdarı normadan xeyli artıq olur ki, bu da böyrəklərdə daşın əmələ gəlməsinə səbəb ola bilər.

- Müxtəlif xroniki dəri xəstəlikləri, xroniki bronxit, otit, haymorit və s. xəstəliklər də isti havada kəskinləşə bilər.

- Gün şüaları süd vəzilərində problemləri olan qadınlar üçün ziyanlıdır. Ümumillikdə süd vəzilərini sağlam saxlamaq istəyən qadın yalnız kölgədə "zaqar" almalıdır.

- Hamilə qadınlar və kiçik yaşlı uşaqlar da istiyə qarşı çox həssas olur. 

Saglamolun.Az




loading...

Bel yırtığı niyə əmələ gəlir və necə müalicə olunur

 

 

 

 
loading...

HƏKİMLƏR

Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Elvin Əliyev

Elvin Əliyev

Stomatologiya

Stomatoloq İş stajı – 7 il

Ətraflı...

 


Яндекс.Метрика