Qalxanabənzər vəziyə mənfi təsir edən 8 maddə - Hər evdə var

Qalxanvarı vəzi - boğazın aşağısında yerləşən kəpənəyəbənzər kiçik ölçülü vəzdir.

Ölçüsünün kiçik olmasına baxmayaraq, orqanizm üçün bir çox həyati əhəmiyyətli funksiyaları yerinə yetirir.

Onun işində hər hansı bir dəyişiklik baş verərsə, o zaman orqanizmdə çoxsaylı pozulmalar üzə çıxır.

Bədəndə zərərli maddələrin və toksinlərin toplanması səbəbindən qalxanvarı vəzin funksiyasının pozulmasına daha çox rast gəlinir.

Əlbəttə, toksik təsirli məhsulları həyatımızdan çıxararaq, daha sağlam həyat yaşaya və qalxanvarı vəzini də qoruya bilərik. Amma bu elə də asan deyil. Çünki gündəlik həyatımızda kimyəvi maddələrlə tez-tez təmasda oluruq.

Medicina.az qalxanvarı vəzə ziyan vuran həyatımızda olan kimyəvi maddələrin adlarını açıqlayır:  

1. Pestisidlər

Elmi tədqiqatlarla sübut edilib ki, pestisidlərlə işləyən insanlarda qalxanvarı vəzin xəstəliklərinin riski daha yüksəkdir. Müasir zamanda istifadə edilən pestisidlərin 60%-i xəstəlik yaratmaq qabiliyyətinə malikdir. Pestisidlər kənd təsərüfatında çox geniş istifadə olunur və meyvə və tərəvəzlərlə orqanizmimizə daim daxil olur.

2. Yanğın əleyhinə olan vasitələr

Bu vasitələr də qalxanvarı vəzin xəstəliklərinə səbəb olur. Bu maddələr kompüter və televizorların ekranında, həmçinin də yumşaq mebel dolğularında, xalçalarda və digər əşyalarda rast gəlinir. Bu maddələr orqanizmin inkişafına da ciddi təsir göstərir.

3. Plastik qablar

Plastikin insan üçün zərərli bir maddə olması çoxdan məlumdur. Həkimlər plastikin tərkibində olan ftalat maddəsinin qalxanvarı vəzə mənfi təsir etdiyini bildirirlər.

4. Yanmayan maddələr

Yanmayan maddələrin tərkibində perftoroktan turşusu var. Bu kimyəvi teflon səthli tavaların hazırlanmasında, ərzaq maddələrinin qablaşdırırlmasında və s. istifadə edilir.

5. Tərkibində triklozan olan diş məcunları

Bəzi diş məcunlarının tərkibində triklozan maddəsi var ki, bu maddə qalxanvarı vəzə, esterogen və testosteronun sintezinə mənfi təsir edir. Triklozan həddən artıq toksik maddədir. Bu maddə qarxanvarı vəzin işinə mənfi təsir edərək reproduktiv sistemin işini və maddələr mübadiləsini pozur.

6. Bakteriyaəleyhinə vasitələr

Bakteriyaəleyhinə vasitələrdən məişətdə çox istifadə edilir. Bu vasitələrə losyonlar, nəm salfetlər, antibakterial sabunlar və s aid edilə bilər. Bu vasitələrin də tərkibində triklozan maddəsi mövcuddur.

7. Ağır metallar

Məişətdə istifadə edilən vasitələrin bəzilərində civə və qurğuşun kimi ağır metallar mövcuddur. Bu maddələr qalxanvarı vəzin autoimmun xəstəliklərinə səbəb ola bilər.

8. Soya

Soya zülalının tərkibində fitoestrogenlər var ki, bu maddə qalxanvarı vəzin işinə təsir edərək orqanizmin yod sintezini blok edir. Soya bir çox hazır məhsulların tərkibinə daxil edilir. 

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика