Aparılan araşdırmalara əsasən əhalinin yarıdan çox hissəsi beldə olan ağrılardan əziyyət çəkir, lakin onların yalnız 15-20% -i həkimə müraciət edir.
Bunun təhlükəsi isə odur ki, onurğa sütununun hər hansı bir xəstəliyində, bu potoloji prossesə hökmən əzələ və bir çox daxili orqanlar cəlb olunur.
Buna misal olaraq, boyun hissəsinin xəstəliklərinin ağırlaşması nəticəsində insanda baş ağrıları, qulaqlarda gurultu, başgicəllənmə və görmə qabiliyyətində pozğunluqlar yarana bilər. Döş nahiyəsində olduqda - nəfəsalma və ürək fəaliiyyəti, bel nahiyəsində isə həzm orqanlarının, böyrəyın iş prinsipində pozğunluqlar və potensiyanın azalması kimi problemlər yarana bilər.
Səbəblər.
Buna səbəb olan bir çox xəstəliklər ola bilər. Bunlardan: bel əzələlərinin adi fiziki yüklənməsi, skolioz, osteoxondroz, əzələ arası disklərdə yırtıq, az hallarda şiş və onurğa toxumasının infeksiyası kimi hallar aid edilir.
Radikulitə oxşar ağrı isə böyrək sancısı və mədə yarasından ola bilər. Beldə olan ağrıların səbəbi daxili orqanlar olduqda, hərəkət edib etməmənizdən asılı olmayaraq, ağrının səviyyəsi dəyişmir.
Necə bəlli olur?
Osteoxondroz - bel nahiyəsində ağrı yaradan ən geniş yayılan xəstəlikdir. Əyildikdə, ağır bir yük qaldırdıqda və bundan sonra gün ərzində ayaqlarınızda zəiflik və ağrı hissi olduqda və bu ağrının hərəkət etdikdə, öskürdükdə güclənməsi - əzələ arası yırtığın əlaməti ola bilər. Qarşıya və ətrafa əyildikdə onurğa sütununun bel nahiyəsində əməllə gələn kəski n ağrı isə - kəskin bel radikulitinin əlamətidir.
Başı ətrafa döndərdikdə, boyun və çiyin nahiyəsindı olan uzunmüddətli ağrılar - onurğa sütununun xroniki xəstəliklərinin əlamətidir. Bu hallarda boyun spondilezində əzələ fəqərələrinin deformasiyası və böyüməsi baş verir.
Dərin nəfəsalmada müşahidə olunan ağrı - onurğa oynaqlarının xroniki ilthabi deməkdir. Bir çox hallarda beldə olan ağrılar, əzələ və bel bağlarının zədələnməsində də müşahidə olunur. Düzgün taktikdə bu ağrı izsiz olaraq keçir. Yalnız bu ağrıya ciddi yanaşmadıqda, bu hətta onurğa sütununun əyilməsinə səbəb ola bilir.
Diaqnoz.
Hər bir halda, uzunmüddətli və requlyar bel ağrılarında mütləq nevroloqa müraciət etmək lazımdır. Ağrının konkret səbəbini örənmək üçün bir sıra müayinələrdən keçməyiniz tələb olunacaq.
Beldə ağrı ilə müşahidə olunan onurğa xəstəlikləri əsasən maqnit - rezonans tomoqrafiyası vasitəsilə müəyyən edilir. Adii rentgenoqrfafiya zədə və müəyyən xəstəlikləri müəyyən edir. Onurğa kanalının sıxılması və ya onurğa beyin mielopatiyası şübhəsində isə elektromioqrafiya metodu istifadə edilir.
Müalicəsi.
Beldə olan kəskin ağrıları medikamentlərlə müalicəsini yalnız nevroloqun məsləhəti ilə etmək olar. Bəzi hallarda isə cərrahi müdaxilələr tələb oluna bilir. Bir çox xroniki xəstəliklərdə isə, manual terapiya, iynə ilə terapiya və müalicəvi idman məsləhət görülür.
Unutmayın ki, beldə olan ağrıların ən əsas profilaktikası - düzgün qamətin saxlanılmasıdır.
Saglamolun.Az