Загрузка...

Uşağı ana südündən ayırma qaydası

Ümumdünya Səhiyyə təşkilatı uşaqları 2 yaşına qədər əmizdirməyi tövsiyə edir. Bəzi uşaqlar müəyyən yaşda ana südündən imtina edirlər, bəziləri isə hətta 3 yaşında buna hazır olmurlar.

Əgər qadın uşağını ana südündən ayırmağa qərar veribsə (çalışın bu, uşağın 1,5-2 yaşından tez olmasın), çox səbirli olmalıdır (proses müəyyən vaxt tələb edəcək). Lakin uşaq buna görə çox əsəbləşirsə, tərslik edirsə, bu o deməkdir ki, uşaq buna hazır deyil və ana bir qədər gözləməlidir.
Süd azdırsa (adətən, laktasiyanı qurtarana yaxın süd də az miqdarda ifraz olunur), laktasiyanı dayandırmaq üçün sadəcə, əmizdirməni kəsin və gözləyin. Süd çoxalarsa və süd vəzilərində narahatlıq hiss edərsinizsə, bir qədər süd sağın (süd vəzilərində gərginlik azalana qədər). Əgər siz süd vəzinizi tam boşaldarsınızsa, laktasiya daha artacaq.  
Süd vəzilərində narahatlıq hissi yenidən əmələ gələrsə, bu proseduru təkrar edin. Bu yolla süd də tədricən azalacaqdır.
Əvvəllər laktasiyanı azaltmaq üçün qadınlara süd vəzilərini sıx bağlamaq və mayeni az qəbul etmək məsləhət edirdilər. Lakin indi həkimlər bunların əleyhinədirlər.
Laktasiyanın azalmasına bəzi xalq təbabəti üsulları kömək edə bilər. Belə ki, sürvə (adaçayı) və nanə dəmləmələri çox yaxşı effekt verir.    
Laktasiyanın dayandırılmasından sonra laktostaz və mastitin təhlükəsi artır. Bu səbəbdən qadın çox diqqətli olmalıdır. Əgər süd vəzilərinizdə bərkimiş ağrılı sahələr, güclü ağrı hiss olunarsa, hərarət qalxarsa, dərhal həkimə müraciət edin.
Bəzən ana ağır xəstəliyə düçar olması və ya təcili olaraq uzaq səfərə getməsi səbəbindən körpəni tez bir zamanda süddən ayırmağa məcbur olur. Anada süd azdırsa, yuxarıda qeyd olunan məsləhətlərimizdən istifadə edin. Lakin süd çoxdursa (bu, adətən, uşaq balaca olduqda baş verir), bu halda mütləq həkimlə məsləhətləşin. Lazım olduqda həkim sizə prolaktin hormonunun ifrazını dayandıran (prolaktin hormonu laktasiyanı stimullaşdırır) xüsusi dərman preparatları təyin edə bilər.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#15 Administrator 03.11.2013 12:56
Hörmətli Lamiyə xanım!
1. Süd vəzilərinizi sıx bağlamayın. Bu ziyanlıdır.
2. Süd vəzilərinizdə gərginlik hiss etdikdə, südü bir qədər sağın. Lakin süd vəzilərinizi tam boşaldmayın. Bu laktasiyanın güclənməsinə səbəb olacaq. Adaçayı və nanə dəmləmələrindən istifadə edin.
#16 osman və ömərin anası 17.06.2014 20:06
Цитирую Hhumay:
Salam.Menim oglum 2yasi var.helede sud verirem.yay oldugundan sudden kese bilmirem.yazda buna cehd etsemde cox aglayirdi.xestelendi yeniden vermeli oldum.indi gunde 1 defe gece 2,3 defe emizdirirem,sudumde azalmir.sudu hansi tebii vasite ile kesmek olar?

salam bacım mənimdə oğlum 2 yaş 5 aylıqdır döşdən əl çəkmir gündüz 2-3 dəfə gecə də eyni dərəcədə əmir uşağınızı süddən kəsə bilsəz mənədə deyin edimdə...

loading...
.

HƏKİMLƏR

Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика