Əllərinizin içi qırmızıdırsa... Sizdə bu xəstəliklər ola bilər!

Bəzi insanlarda əllərin içi uşaqlıqdan həmişə qırmızı olur. Bu Lane xəstəliyinin simptomudur.

Bu xəstəlik irsi xarakter daşıyır və əllərin qan dövranında bəzi pozulmalarla bağlıdır. Xəstəlik insan sağlamlığı üçün heç bir təhlükə yaratmır.

Lakin bəzən bu simptom daha təhlükəli xəstəliklərdən xəbər verir. Əgər sizdə bu simptom birdən-birə əmələ gəlib və eyni zamanda sağlamlığınızda digər pozulmalar da yaranıbsa, mütləq həkim müayinəsindən keçin.

Əllərin içinin qırmızı olması bu kimi xəstəliklərə işarə edə bilər: 

Qaraciyər xəstəlikləri

İlk növbədə bu simptom qaraciyər xəstəliklərinə işarə edə bilər. Bu sirroz, hepatit, hepatoz (qaraciyərin piylənməsi) zamanı mümkündür.

Avitaminoz və hipervitaminoz

B qrup vitaminlərinin çatışmazlığı da əllərin içinin qırmızı olmasına səbəb ola bilər.

A vitaminin orqanizmdə artıqlığı bu simptomun səbəblərindən biridir.

Allergiya

Bu zaman qaşınma varsa, bu allergiyanın simptomu ola bilər.

Ürək-damar sistemi xəstəlikləri

Bu qan dövranının pozulmalarına, hipertoniyaya işarə edə bilər.

Şəkərli diabet

Qalxanvari vəzidə pozulmalar

Bəzən qalxanvari vəzi daha az hormon ifraz etməyə başlayır ki, bu hipotireoza  ("hipo" - "az" deməkdir) səbəb olur. Hipotireoz zamanı əllərin içində  qırmızı ləkələr əmələ gələ bilər.

Saglamolun.Az




loading...

QARACİYƏRİN 3 SADİQ DOSTU. Bunlar hər gün masanızda olmalıdır!

HƏKİMLƏR

Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...
Azər Şamilov

Azər Şamilov

Dermatologiya

Dermatoloq-kosmetoloq İş stajı: 14 il

Ətraflı...

 


Яндекс.Метрика