Son illərdə insanların həyat tərzinin dəyişməsi səbəbilə bel ağrıları, onurğa xəstəliklərinin sayı artıb. Baə ağrısından sonra ən çox həkimə müraciət edilmə səbəblərindən biri də bel ağrılarıdır. Bununla bağlı türkiyəli reabilitasiya mütəxəssisi professor Tolga Aydoğ danışıb. Həkim disk yırtığında ən çox edilən səhvləri açıqlayıb.
“Bel və boyunda aşkar edilən hər yırtıq ağrıya səbəb olmur, buna görə də MRT-də aşkarlanan hər yırtıq müalicə tələb etmir. Digər tərəfdən müxtəlif üsullarla müalicə tələb edən bel yırtığında əməliyyata ehtiyac olmadan 90-95 faiz müvəffəqiyyət əldə edilə bilər. İnsanların bəzi yanlış davranış və vərdişləri disk yırtığı riskini artırır və müalicəyə də mənfi təsir edə bilər”,- deyə mütəxəssis qeyd edib.
Onun sözlərinə görə, bel yırtığı xəstələrinin ən çox yol verdiyi səhvlərdən biri, xəstələrin həkimin yataq istirahətinə dair göstərişinə riyayət etməməsidir.
“Oturan insanda diskə olan təzyiq, oturma və xüsusilə yanlara əyilmə nəticəsində əhəmiyyətli dərəcədə artır. Bu səbəbdən xəstəyə verilən istirahət müddətində insan oturmaq əvəzinə uzanaraq dincəlməlidir. Oturmaq istəyəndə bunu bel boşluğunu dəstəkləyən yastıqla etməlidir. Bundan əlavə, artıq çəki də bel ağrılarını artırır. Əgər xəstə artıq çəkildiirsə, mütləq arıqlamalıdır. Bel yırtığının müalicəsində idman çox mühüm rol oynayır. Bu kontekstdə bel və omba ətrafındakı qısa əzələlərin uzanmasına, zəif əzələlərin güclənməsinə, ümumi vəziyyətin artırılmasına diqqət yetirilməlidir. Bununla belə, məcburi hərəkətlərdən qaçınmaq lazımdır, çünki məcburi hərəkətlər əzələlərin gücünü artırsa da, diskdəki təzyiqi artıra və problemin daha da pisləşməsinə səbəb ola bilər”,-deyə həkim bildirib.
Prifessor onu da əlavə edib ki, siqaretin ümumi bədən sağlamlığı üçün sübut edilmiş zərərləri bel yırtığında da özünü göstərir. Siqaret onurğaya qan tədarükünü pozur və bel yırtığı riskini artırır. Ən önəmli səhv fikir də, problemin yalnız əməliyyatla keçməsi və ya əməliyyatdan sonra bir daha yaranmamasıdır. Əməliyyatdan sonra gündəlik həyatda bəzi qaydalara əməl edilməzsə, yırtıq problemi eyni səviyyədə və ya başqa səviyyədə təkrarlana bilər. Bu səbəbdən xəstələr disk yırtığına görə əməliyyat olunsa belə, onurğa sütununu qorumaq üçün ümumi qaydalara əməl etməlidirlər.
medicalmedia.az
Saglamolun.Az