Azərbaycanda ən çox bu xəstəliklər yayılıb - STATİSTİKA

Son dövrlər əhalinin İcbari Tibbi Sığorta zərfi çərçivəsində bir sıra tibbi xidmətlər alıblar. Həm Bakı şəhərində, həm bölgələrdə səhiyyə xidmətləri alan şəxslərin sayı açıqlanıb. Əsasən də, bəzi xəstəliklər üzrə göstəricilərdə artım müşahidə olunub. 

Həmin statistikasını təqdim edir:

  1. Tənəffüs orqanlarının xəstəlikləri – 892452 nəfər
  2. Bəzi infeksion və parazitar xəstəliklər – 208019 nəfər
  3. Həzm sisteminin xəstəliklər – 174334 nəfər
  4. Qan dövranı sisteminin xəstəliklər – 167204 nəfər
  5. Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – 109123 nəfər
  6. Sidik-cinsiyyət sisteminin xəstəlikləri – 105013 nəfər
  7. Göz və gözün əlavə aparatının xəstəlikləri – 103231 nəfər
  8. Sinir sistemi xəstəlikləri – 87951 nəfər
  9. Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular – 63336 nəfər
  10. Dəri və dərialtı toxumanın xəstəlikləri – 59628 nəfər
  11. Qulağın və məməyəbənzər çıxıntının xəstəliyi – 56466 nəfər
  12. Endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları – 51777  nəfər
  13. Hamiləlik, doğuş və zahılıq dövründə - 44363 nəfər
  14. Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri – 41891 nəfər
  15. Yenitörəmələr – 14841 nəfər
  16. Psixi pozuntular və davranış pozuntuları – 14409 nəfər

Qeyd edək ki, rəqəmlər xəstəlik sinifləri üzrə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrə aiddir.

 

medicalmedia.az 

 

Saglamolun.Az