Qadın xəstəliklərinin XALQ TƏBABƏTİNDƏ müalicə üsulları

Qadın xəstəliklərinə qarşı effektiv xalq təbabəti üsulları:

  • Heyva toxumu dəmləməsi və bişirməsi uşaqlıq qanaxmalarında tətbiq edilə bilər. Dozası: Xörək qaşığı ilə gündə 3-4 dəfə içməli.
  • Uşaqlıq qanaxmalarında başınağacı qabığından alınmış duru, spirtli ekstrat yaxşı təsir edir (qabıqları payızın axırlarında və yazın əvvəllərində toplamaq lazımdır). Dozası: Gündə 3 dəfə 30-40 damcı qəbul edilir.
  • Çobançantası (quşəppəyi) bitkisinin dəmləməsi və duru ekstrati uşaqlıq qanaxmalarında işlədilə bilər. İstifadə qaydası: 1:10 nisbətində 15-20 daqiqa müddətində ekstrat isa 1:1 nisbətində hazırlanır. Dəmləməni gündə 3 dəfə xörək qaşığı ilə, ekstratı 20-30 damcı qəbul etməli.
  • Qankəsici maddə kimi küncüt yağı da faydalı təsir göstərir. Yeməkdən qabaq xörək qaşığı ilə qəbul etməli (müalicə müddəti 10-20 gündür).
  • Qambatı bitkisinin kökümsov gövdəsindən və kökündən bişirmə və duru ekstrat şəklində dərman hazırlayıb qankəsici maddə kimi işlədirlər. Dozası: Dəmləməni gündə 3-4 dəfə xörək qaşığı ilə, ekstrat 3 dəfə 30-40 damcı qəbul etməli.
  • Uşaqlıq xərçəngi zamanı aşağıdakı vasitə çox müsbət təsir edir: may balı - 630 qram, qırmızı üzümün şərabı-635 qram, ezvay-370 qram (yalnız 3,5 illik azvay olmalıdır, onu kəsənə qədər 5 gün su verməməli) qarışdırılır. Dozası: Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı (sonralar bir xörək qaşığı) qəbul etməli. Müalicənin müddəti 2-3 həftədir. Bu qarışıqla bütün xroniki xəstəlikləri müalicə etmək olar.
  • Qadın xəstəlikləri zamanı ağcaqayın ağacının may ayında toplanmış qabığını çay kimi dəmləyib içdikdə müsbət təsir göstərir.
  • Qadınların doğuşa qədər və doğuşdan sonra 40 gün süd içmələri məsləhət deyildir.
  • Qora şərbəti hamiləliklə əlaqədar olan xəstəlik hallarında münasib sayılır. Bu məqsədlə xörəkdən əvvəl 1 xörək qaşığı qəbul etməli.
  • Noxud digər dərmanlarla birlikdə qadın xəstəliklərində iltihaba qarşı tətbiq olunan vasitələrdəndir. İstifadə qaydası: Noxudu od üzərində qovurub həvəngdə əzir, üzərinə hil tozu töküb qarışdırır, sonra ona ətçəkən maşından keçirilmiş kişmiş əlavə edərək külla halına salırlar. Həmin kütlədən noxud irilikdə həblər hazırlanır. Dozası: Gündə 5-6 həb qabul etməli.
  • Qankəsici maddə kimi gicitkənin duru ekstratı da yaxşı təsir edən vasitələrdəndir. Qaydası: Gündə 3 dəfə 40-50 damcı qəbul etməli.
  • Uşaqlıq yollarının eroziyası zamanı mumiya işlətmək faydalı təsir edə bilər. İstifadə qaydası: 2.5 qram mumiyan 100 ml qaynanmış suda həll edərək onda isladılmış tamponu uşaqlıq yoluna qoymaq lazımdır.

 

 

Saglamolun.Az