Hamilə qadınlar niyə duzlu qidalar istəyir?

Hamiləlik zamanı bir çox qadınların qida vərdişləri dəyişilir. Bu xüsusilə duzlu qidalara aiddir. Hamilə qadınların əksəriyyəti şorabalar, duzlu krekerlər, duzlu çərəzlər kimi məhsulları həddindən artıq çox yeyirlər.

Əvvəllər qadında duzlu qidalara meylliliyin artması hətta “hamiləlik testi” funksiyasını yerinə yetirirdi. Şoraba istədin, deməli hamiləsən.

Saglamolun.az bildirir ki, tibb baxımından bu fenomenin elmi izahı var. Məsələ burasındadır ki, hamiləliyin əvvəlində qadın orqanizmində proqesteron hormonunun səviyyəsi yüksək olur. Proqesteron dölün uşaqlığın divarına implantasiya etməsini (yapışmasını) təmin edir. Digər tərəfdən proqesteron damarları genişləndirir və bu da təzyiqin düşməsinə səbəb olur. Məhz bu səbəbdən qadınlar hamiləliyin əvvəlində özünü halsız, zəif, yorğun və yuxulu hiss edirlər.

Təzyiqin qalxması üçün orqanizmdə natriumun səviyyəsini qaldırmaq lazımdır. Natriumun əsas mənbəyi isə duzdur. Beyin müəyyən siqnallar verir ki, nəticədə qadın daha çox duzlu qidaları, şorabaları yeməyə başlayır.

Hamiləlik inkişaf etdikcə proqesteronun səviyyəsi tədricən düşür, təzyiq normallaşır və duza olan tələbat da azalır.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...