Sağlam cəmiyyət üçün qohum evliliklərinə YOX deməliyik - VİDEO

Dünyada ən yüksək talassemiya göstəricilərindən biri məhz Azərbaycandadır.

Dünya miqyasında qohum evliliyindən doğulan uşaqların sayı 8.1 faiz təşkil edir. Ötən il ərzində Respublika Talassemiya Mərkəzinə isə 21 009 müraciət daxil olub. Müayinədən keçən

İrsi qan xəstəliyi olan talassemiya ilk dəfə qohumlar arasında nikahın dəbdə olduğu İtaliyanın Siciliya adasında aşkar edilib. Bu xəstəlik Avropada ən çox İtaliya, Yunanıstan və Kiprdə yayılıb. Kiprdə, hətta əhalinin 40 faizdən çoxu talessemiya xəstəliyinin daşıyıcısı olub.

Yaxınlıq dərəcəsinə görə ən riskli olanı isə birinci dərəcədən olan qohumların evliliyidir. Bu kateqoriyaya xala, bibi, dayı, əmi uşaqları arasında olan evliliklər aiddir. ABŞ-ın 24 əyalətində birinci dərəcəli qohumların evliliyi qadağan edilib.

Qazaxıstanda yaxın qohum evliliyi anlayışı yalnız 7-ci dərəcəli qohumdan başlayır. Tacikistan 2016-ci ildən qohum evliliklərinə qadağa qoyub. 2015-ci ildə isə Hollandiyada türk əsilli mühacirlərin qohum evliliyi qadağan olunub. Bu qadağaların səbəbi isə sağlam millət yetişdirməkdir.

Mövcud problemin həlli üçün dövlət strukturlarının birbaşa təsiri olmadığına görə yalnız ictimai qınaq, yaxud kütləvi maarifləndirmə işləri insanları yaxın qohum evliliklərindən çəkindirə bilər. Bu da daha sağlam cəmiyyət üçün atılan mühüm addımlardan biridir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Saglamolun.Az