Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Oxu24.com-a daxil olan birgə məliumatda bildirilir ki, bu gün üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirilib. Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı. Hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.
Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar.
Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub.
Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımi yardım göstərilir. Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Hərarəti normaldır, heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.
Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur.
Saglamolun.Az