Загрузка...

Katarakta yayılmış göz xəstəliyi. SƏBƏBLƏRİ

Katarakta - göz xəstəlikləri arasında ən yayılmış xəstəlikdir. Kataraktanın sabəbi göz büllurun şəffaflığının pozulmasıdır.

Göz bülluru görmə prosesində əsas rollardan birini oynayır. Göz bülluru işığı tor qişasında fokusa yığır, tor qişası isə bu işığı sinir impulslarına çevirir. Beyin bu impulsları alaraq onları görmə surətlərinə çevirir.

Göz bülluru kiçik linzaya bənzəyir. Cavan insanlarda göz bülluru şəffaf və elastikdir, öz əyriliyini asan dəyişir və bu səbəbdən cavan insanlar həm yaxını, həm də uzağı yaxşı görür. İnsan yaşlaşdıqca onun orqanizmində qocalma prosesləri artır. Bu proseslər, təbii ki, gözlərə də toxunur. Göz bülluru öz şəffaflığını, elastikliyini itirir, bulanıq olur. Göz büllurun tam və ya qismən bulanması "katarakta" adlandırılır.

Göz bülluru bulanması işığın gözün içinə düşməsinə mane olur ki, nəticədə görmədə müxtəlif pozulmalar inkişaf edir - görmə pisləşməsi, ikili görmə, parlaq işığa qarşı həssaslığın artması. Kataraktası olan insan obyektlərin konturlarını aydın görmür, dumanlı görür və s.

Kataraktası olan insanlar eynəkləri tez-tez dəyişməyə məcbur olur, eynəklərin seçilməsində çətinlik çəkir. Bu çox ciddi simptomdur. Əgər siz 1 il ərzində bir neçə dəfə eynək dəyişməyə məcbur olmusuzsa, mütləq oftalmoloqa müraciət edin və daha dərin müayinələrdən keçin.

Katarakta hiyləgər xəstəlikdir. O, adətən tədricən, yavaş-yavaş inkişaf edir, görmə tədricən zəifləyir ki, insan uzun müddət ərzində xəstəliyin inkişafından hətta şübhələnmir. Adətən katarakta gözlərdə ağrılara, qızarmaya və s. simptomlara səbəb olmur.

Vaxtında müalicə olunmadıqda katarakta korluğa gətirib çıxardır. Məhz bu səbəbdən yaşı 40-dan yuxarı olan insanlar hər il oftalmoloqun profilaktik müayinəsindən keçməlidir.

Kataraktanın səbəbləri arasında:

- Orqanizmin ümumi qocalması. Göz bülluru əsasən sudan və xüsusi zülallardan ibarətdir. Məhz bu zülallara göz bülurunun şəffaflığını təmin edir. İnsan qocaldıqca onların strukturu dəyişilir ki, göz bülluru tədricən öz şəffaflığını itirir və bulanıq olur. Əksər hallarda katarakta 60 yaşından yuxarı olan insanlarda aşkar olunur. Lakin bəzən bu xəstəlik 40-45 yaşlı insanlarda da inkişaf edir.

- Şəkərli diabet. Bu xəstəlik zamanı kapilyarların funksiyası pozulur. Nəticədə orqanizmin müxtəlif hissələri (o cümlədən, gözlər) qanla pis təchiz olunur. Bu isə orqanizmdə geriyədönməz pozulmalara (o cümlədən, kataraktaya) səbəb ola bilər.

- Bəzi göz xəstəlikləri (məsələn, qlaukoma), irsi faktorlar, mübadilə pozulmaları.

- Göz travmaları (güclü zərbə, yanıq və s.).

- Nadir hallarda katarakta anadangəlmə olur. Bunun səbəbi irsiyyət və ya göz büllurun bətndaxili patologiyası.

Əgər siz özünüzdə kataraktanın simptomlarını müşahidə etmisinizsə, dərhal oftalmoloqa müraciət edin.

Kataraktanın yeganə effektli müalicə üsulu cərrahiyyə əməliyyatdır. Əməliyyat zamanı göz bülluru xaric olunur və onun yerinə süni göz bülluru implantasiya olunur. Hal hazırda müasir metodikalar hazırlanıb - əməliyyat daha tez keçir, daha aztravmatik olur, daha nadir hallarda ağırlaşmalar verir.

Katarktanın inkişafının əvvəlində bəzən xəstələrə göz damcıları və xüsusi vitaminlər təyin olunur. Lakin bu vasitələr kataraktanı tam müalicə etmir, yalnız xəstəliyin inkişafını bir qədər ləngidir. Xəstə bilməlidir ki, əgər onda katarakta varsa, xəstəlik mütləq inkişaf etməyə davam edəcək.

Kataraktadan heç bir insan sığorta olunmayıb. Bu xəstəlik orqanizmin ümumi qocalması ilə bağlıdır və bu səbəbdən hər bir insanda inkişaf edə bilər.

Lakin bəzi sadə məsləhətlər bu xəstəliyin inkişafını taxirə sala bilər:

- Gözlərinizi gündən qoruyun, gün eynəklərdən istifadə edin.

- Düzgün və tamdəyərli qidalanın.

- Siqaret çəkməyin və spirtli içkiləri qəbul etməyin.

- Bəzi dərmanların uzun müddət ərzində qəbulu (hormonlar, allergiya əleyhinə preparatlar, hamiləlik əleyhinə preparatlar) kataraktanın inkişafına təkan verə bilər. Bu səbəbdən belə preparatları yalnız həkimin təyinatı ilə qəbul edin.

- Qanda şəkərin səviyyəsinə daim normada saxlamağa çalışın (şəkərli diabet xəstələrinə aiddir).

Mənbvə: www.ophthalm.com


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика