Загрузка...

Xarici faktorların təsiri və qadın sonsuzluğu

Ovulyasiyanın olmaması və ya ləngiməsinin səbəblərindən biri də uzunmüddətli və güclü emosional streslər ola bilər.

Məsələ burasındadır ki, streslər baş beyində yerləşmiş olan və ovulyasiyanı stimullaşdıran hormonlar hazırlayan, hipotalamus və hipofiz vəzilərinə təsir edir.

Streslərin təsiri altında bu hormonların sintez olunması (hazırlanması) kəskin şəkildə azala bilər ki, bu da ovulyasiyanın pozulması və nəticə etibarı ilə sonsuzluğun baş verməsi ilə nəticələnə bilər.

 

Həkimlərin ümumi rəyinə görə, xeyli dərəcədə siqaret çəkilməsi və kofe içilməsinə aludə olan insanlarda yumurta hüceyrəsinin mayalanması və rüşeymin uşaqlıq divarına implantasiyası prosesləri müəyyən qədər çətinləşmiş olur.

Bir çox hallarda qadınlarda sonsuzluğun səbəbi sadə savadsızlıq olur! Belə ki, əgər hər dəfə cinsi əlaqədən bilavasitə sonra, qadın “mikroblardan qorunmaq üçün” uşaqlıq yolunu güclü su axarı ilə yuyursa, onun hamilə olmaq ehtimalı, əlbəttə ki, çox az olur.

Mayalanmanın çətinliklə baş verməsi, həmçinin uşaqlıqdaxili vasitələrin (spiral) xaric edilməsindən sonra da ola bilər.

Əgər qadın hər hansı bir səbəbdən antibiotik preparatları qəbul edirsə və ya bir qədər əvvəl qəbul etmişdirsə, bu da uşaqlıq yolunda bakterial floranın pozulmasına səbəb olaraq mayalanmanın baş verməsinə mane ola bilər.

Qadınlar arasında sonsuzluğun baş verməsinin əsas səbəblərindən biri də abortlardır (süni uşaqsalma) – daha dəqiq desək, onların fəsadlarıdır. Aborta məruz qalmış hər bir qadın özünü onun baş verə biləcək fəsadlarından qoruya bilmək iqtidarında deyil. Süni uşaqsalma əməliyyatlarından sonra qadınlarda bir çox hallarda uşaqlığın, uşaqlıq yolunun, uşaqlıq borularının, yumurtalıqların kəskin iltihablaşması prosesi baş verir ki, bu da gələcəkdə sonsuzluğun baş verməsinin əsas səbəblərindən biri ola bilər. Abortlardan sonra qadın orqanizmində hormonal pozğunluqlar baş vermiş olur ki, bu da gələcəkdə qadın sonsuzluğunun baş verməsinə səbəb ola bilər. Abortlardan sonra olan ən qorxulu fəsadlardan biri də güclü uşaqlıq qanaxmalarıdır. Bir çox hallarda belə qanaxmaların aradan qaldırılması qarşısında aciz qalmış həkimlər, qadının həyatını xilas etmək üçün onun uşaqlığını xaric etməli olurlar. Bu isə nəticə etibarı ilə qadının nə vaxtsa ana olmaq arzusunun sonu deməkdir.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 Seva 29.08.2012 15:25
8 ildir evliyem . 8 ilde 3 defe 2-3 ayliq yarimchiq hamilelik bash verib. 1 defe de 7a yliq dogush olub. 12 gun ushaq qaldiqdan sonra telef olub. 1 ilden sonra 2 ayliq hamilelik oldu, o da yene de yarimchiq hamilelikle basha chatdi. Indi hamile qala bilmirem. Qinikoloqlqr hech biri sebeb tapa bilmirler. Ele bir analiz omasin ki, kechmeyim . Demek olar ki 98 faizi normal chixir. Pisxoloqa muraciet etdim. Dedi sen stress alamisan . Ona gore ushaga qala bimirem. Qalsam da yene yarimchiq hamilelik olacaq. Azindan 10 ay stress eleyhine mualice almaliyam. Onu da qeyd edim ki, hamile qalmagimi bilmeyene qeder hech bir problem olmur, ele ki, bilirem hamileyem o andan bashlayir mende heyecanlanmaq, qarin bel nahiyemde agrilar bashlayir. bir muddet kechir achiqliq olur.
#2 Gulu 17.12.2012 11:47
salam..menim baldizim 1ildi evlidi tezelikce uzmden kecib.hekimler 2ymurtaligindad a polikistoz oldugunu deyibler ve onun aybasisida normal deyil..2 ay 3ay aybasi olmur.. izden xahis edirem mene cavab yazasiniz..onun usaq olmasi texmini nece vaxta ceker?
#3 Administrator 17.12.2012 15:25
Hörmətli oxucumuz!
Bu suala heç bir həkim dəqiq cavab verə bilməz.
Polikistoz yumurtalıqlar sindromu olan qadın müəyyən müalicə kursu aldıqdan sonra hamilə qala bilər.
#4 Aliyeva Ayan 02.03.2013 12:21
salam hekim. men polikistozam.6 aydir ki evliyem.il yarim diana qebul etmiwem.indi ise onun mualice yox aybawinin vaxti vaxtinda olmasi ucun icdiyimi deyibler.indi ise bawqa hekime muraciet etmiwem.10 gun maqnitniy pole tok qebul etmiwem.eyni zamanda da tampon.amma hele de sagala bilmirem. dr. mene komek edin men ne vaxt tam mualice olunub hamile qala bilerem?
istesez eger birinci gun usm-e gedecem cvblari size yaza bilerem.
#5 Administrator 02.03.2013 14:00
Hörmətli Ayan xanım!
Polikistoz yumurtalıqlar sindromu xəstəliyi zamanı qadında follikul inkişaf etmir və ovulyasiya baş vermir. Nəticədə isə qadın sonsuz olur.
Polikistoz xəstəliyi olan qadın hamilə ola bilər. Lakin bunun üçün qadına xüsusi hormonal müalicə təyin olunmalıdır. Belə müalicə effektsiz olduqda cərrahi müdaxilə tətbiq edilir.
USM-dən keçin və həkimlə məsləhətləşdikd ən sonra hormonal fonunuzu yoxlayın (FSH, LH, proqesteron və s. hormonları).
Allah köməyiniz olsun!

Загрузка...
Яндекс.Метрика