Загрузка...

Arıqlamağa kömək edən dietik tərəvəz salatları...

Tərəvəz salatları, hər bir masanın gözəlliyi olmaqla bərabər arıqlamaq istəyən  insanlar üçün çox effektivdir.

Az kalorili, yalnız çox xeyirli olan bu salatlar bizə, mədədə yüngüllük, sağlam dəri rəngi və ən əsası isə artıq çəkidən azad olma imkanı yaradırlar.

Bitki məhsullarının tərkibində qida telləri adlanan - selülloz və pektin vardır ki, onlar, mədə-bağırsaq traktında həzm olunmayaraq, bağırsağın tez təmizlənməsini təmin edirlər. Eyni zamanda qandan xolesterin və digər yağ komponentlərinin çıxardır, şəkərin konsentrasiyasının azaldır, toksinlərdən azad edirbağırsaqda normal mikrofloranı təmin edir.

Tərəvəz və göyərti - insana gümrahlıq və sağlamlıq verən  vitamin və minerallar, bioloji aktiv maddələrin əsas mənbəyidir.

Dietik tərəvəz salatı edərkən nəyə üstünlük verilməlidir?

- keyfiyyətli, təzə, bərk və zədəsiz məhsullar olmalıdır.

- azkalorili məhsullara üstülük verilməlidir.

Azkalorili məhsullardan : kərəviz (cəmi 18 kaloriy), kələmin bütün növləri, brokkoli, kök, bibər, xiyar, pomidor, kahı, çuğundur, yaşıl noxud, turp, soğan, ispanaq, qulançar.

- həmçinin salatlara antioksidantlarla zəngin olan şüyüd, nanə və cəfəri əlavə etməyi unutmayın. Salatlara dad, qoxu və gözəllik verən ədviyyatlardan da normada istifadə etmək olar. Zəncəfil və darçın isə xüsusi ilə məsləhət görülür.

Zəcəfil - həzmi stimullaşdırır, mədənin selikli qişasını möhkəmləndirir və tonusu qaldırır. Darçın - qanda şəkərin miqdarını azaldır, bununla piy yığılmasına mane olur.

Sonda isə sizə bir neçə asan və xeyirli tərəvəz salatının reseptini təqdim edirik:

Tərəvəzli yay  salatı.

1 dəstə kahı, 3 bolqar bibəri, 2 xiyar, az soğan, 3 ç/q zeytun yağı, limon suyu, duz, istiot və cəfəri.

Təmizləyən vitaminli salat.

200 qr kələm, 1 kök, çuğundur, 1-2 yaşıl alma, yaşıl soğan, cəfəri və ya şüyüd, duz və istiot.

Pomidor salatı.

4 orta pomidor, soğan, 30 qr pendir, 2-3 qaşıq yağsız xama.

Kələm və kərəviz salatı.

400 qr kələm, 4 dəstə kərəviz, 3 xiyar, 2 soğan, limon və cəfəri.

Vitaminli yaz salatı.

2 dəstə kahı, çuğundur, xiyar, limon, 1 ç/q bitki yağı, 30 qr sürtgəcdən keçirilmiş yağsız pendir və istiot.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 aska 26.04.2014 08:36
tesekkurler!
#2 rowka 03.01.2015 12:27
Salam hekim alma insani kokeldir? Yeni ginde bir nece defe yeyilerse
#3 Administrator 03.01.2015 14:12
Цитирую rowka:
Salam hekim alma insani kokeldir? Yeni ginde bir nece defe yeyilerse

Yeyə bilərsiniz. Artıq çəkiniz varsa, daha turş alma sortlarına üstünlük verin.

.

HƏKİMLƏR

Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...

SON YAZILAR

Zaur xəstəxanalıq oldu

17-08-2018 /860

Яндекс.Метрика