Bristol Universitetinin alimləri müəyyən ediblər ki, səhər tezdən qalxan və axşam tez yatan qadınların döş xərçənginə yoluxmaq riski, gec qalxan və gec yatanlarla müqayisədə 40-48%aşağıdır.
Tədqiqat aparmaq üçün alimlər 400 mindən çox qadının genetik məlumatını təhlil ediblər.
Onlar yuxuyla bağlı əsas genetik markerləri nəzərdən keçiriblər.
Burada söhbət ilk növbədə xronotipdən (bayquş və ya torağaydan), lazımi miqdarda yuxudan və yuxusuzluq riskindən gedir.
Məlumatların təhlilinin yeni vasitələri alimlərə spirtli içki və tütün kimi zərərli amillərin təsirindən asılı olmayaraq bu markerlərin döş xərçənginin inkişafına təsirini yoxlamaq imkanı verib.
Sınaqların nəticəsi göstərib ki, 100 "qadın bayquş"dan ikisi, 100 "qadın-torağay"dan isə yalnız biri döş xərçəngə yoluxub.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, əlavə yuxu saatları sağlamlığa mənfi təsir göstərə bilər.
Tövsiyə olunan 7-8 saatdan artıq yatmağı sevən qadınlar döş xərçənginin inkişafı ehtimalını 20% artırırlar.
Araşdırmanı aparan Rebecca Richmond-un sözlərinə görə, bu kəşf məhz ona görə vacibdir ki, yuxu insanın müstəqil şəkildə dəyişə biləcəyi vərdişlərdən biridir.
Alimlərin sözlərinə görə, bütün sinə xərçəngi hallarının dörddə birinin qarşısı alına bilərdi.
Bristol Universitetinin əvvəlki tədqiqatları növbəli iş rejiminin və ailə həyatının döş xərçənginin inkişafına təsir etdiyini göstərib. Böyük Britaniyadakı Xərçəngi
Araşdırma Mərkəzinin məlumatına görə, bütün döş xərçəngi hallarının dörddə birinin qarşısı alına bilərdi.
Bununla yanaşı, Rebecca Richmond qeyd edib ki, qadınlara bu barədə tövsiyələr vermək hələ tezdir. Bunun üçün əvvəla yuxu rejiminin xərçəng hüceyrələrinə məhz necə təsir göstərdiyini aydınlaşdırmaq lazımdır.
"Biz hələ aydınlaşdırmalıyıq ki, "qadın-bayquşlar" niyə "qadın-torağaylar"dan çox döş xərçənginə məruz qalırlar. Biz bu əlaqəni öyrənməliyik", - deyə Richmond BBC-yə bildirib.
Alimlər məsələnin orqanizmin bioloji saatlarında olub-olmadığını və ya bayquşların müstəqil şəkildə bioloji cəhətdən düzgün bioritmi dəyişərək orqanizm oyanan vaxtı yatmaqla öz sağlamlıqlarına ziyan vurduqlarını öyrənməlidirlər.
Bəlkə də burada söhbət bioloji saatların hormonal səviyyəyə təsirindən, hansı ki, həqiqətən döş xərçənginə, immun sistemə və maddələr mübadiləsinə səbəb olmasından gedir.
Ekspertlər hesab edir ki, yeni kəşf yuxunun sağlamlıq üçün əsas amillərdən biri olduğu barədə geniş yayılmaqda olan nəzəriyyənin daha bir təsdiqi sayıla bilər.
Bir qədər əvvəl aparılan tədqiqatlar yuxunun insanın psixoloji vəziyyətinə, o cümlədən şizofreniyanın inkişafı riskinə təsir etdiyini göstərib.
Saglamolun.Az