Xərçəngdən qoruyan ən yaxşı məhsullar

Rusiyalı onkoloq, Onkologiya Elmi Mərkəzinin eksperti Vladimir Bespalov xərçəngin riskini azaldan qida məhsullarının sıyahısını təqdim edib.

Onkoloqun fikrinə görə, xərçəngin riskini azaldan ən yaxşı məhsul tam taxıl bitkilər (yulaf, buğda, qarabaşaq, darı, kinoa və s.) və onlardan hazırlanmış çörək, makaron, sıyıqlardır. Bu qidaların tərkibində olan qidalı liflər və B qrupu vitaminləri xərçəngin riskini azaltmağa kömək edir.

Ekspertin sözlərinə görə, süd məhsullarının tərkibində olan zülal kazein də güclü xərçəngəleyhinə xüsusiyyətlərə malikdir.

Saglamolun.az medikforum.ru-ya istinadla xəbər verir ki, alim likopin adlı maddəni də xüsusi vurğulayıb. Bu maddə pomidor və qırmızı qreypfrutların tərkibində xüsusilə çoxdur.

Digər faydalı maddə soyanın tərkibində olan izoflavonlardır.

Onkoloq sübut edir ki, onun sadaladığı məhsulların istehlakı orqanizmə çox yaxşı xərçəng əleyhinə təsir edir, xərçəngin riskini xeyli azaldır.

Saglamolun.Az




loading...

Uşaqlarda QIZDIRMA ilə bağlı BÜTÜN SUALLARA ən dolğun cavablar

 

 

 

 
loading...

HƏKİMLƏR

Günay Abdullayeva

Günay Abdullayeva

Ginekologiya

Mama-ginekoloq İş stajı - 10 il

Ətraflı...
Güloğlan Quliyev

Güloğlan Quliyev

Terapiya

Terapevt İş stajı – 25 il

Ətraflı...
Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...

 


Яндекс.Метрика