Rusiyada 15 yaşlı oğlan insan öldürməklə hiss olduğunu bilmək üçün sevdiyi kompüter oyunundakı ssenarini tətbiq edərək, bir qadını qətlə yetirib.
Teleqraf.com bildirir ki,cinayət hadisəsi paytaxt Moskvada baş verib.
Aleksey M. adlı yeniyetmə 21 yaşlı universitet tələbəsi Dariya Evdokimovanı bankomatdan pul çəkərkən, bıçaqlayaraq öldürüb. O, qanlı planını həyata keçirdikdən sonra qadının 30 min rublunu da götürərək, hadisə yerindən qaçıb.
Polis qatilin mobil telefonu ilə yerini təsbit edərək, qısa vaxtda evdə oyun oynayarkən, onu saxlayıb. Aleksey M. cinayəti sırf maraq üçün törətdiyini iddia edib və bunu kompüter oyununun təsiri altında həyata keçirdiyini deyib.
Saglamolun.Az