Загрузка...

Fimoz

Fimoz – kənar pülüyün daralması deməkdir. Bunun nəticəsində cinsiyyət üzvünün başcığının pülükdən xaricə çıxması ya çox çətin olur, ya da mümkün olmur.

Demək olar ki, əksər yenidoğulmuşlarda fizioloji fimoz müşahidə olunur. Əksər 3 yaşa çatmış olan uşaqlarda pülük artıq heç bir maneə olmadan hərəkət edir, 5-6 yaşlarda isə başcıq rahatca olaraq tam şəkildə xaricə çıxarıla bilir.

Lakin bəzən elə patoloji fimoz halları da olur ki, bu zaman uşaqda sidikburaxma zamanı ağrılar olur, sidik kiçik hissələrlə və ya damcı şəklində xaric olur, kənar pülük şişərək şarabənzər forma alır. Azyaşlı uşaqlar narahat olur, ağlayır, bir qədər böyük yaşlı uşaqlar isə sidikburaxma zamanı kəskin ağrı olmasından şikayət edirlər.

Bu vəziyyətə etinasız yanaşsanız, iltihab prosesin başlanması (hərarətin qalxması, cinsi orqanlarda ağrı, çoxlu miqdarda irinli ifrazat, limfa düyünlərinin böyüməsi) qaçılmaz ola bilər. Belə fəsadlara yol verməmək üçün patoloji fimoz zamanı kənar pülüyün cərrahi yolla kəsilib xaric edilməsi (nə qədər tez edilsə, bir o qədər yaxşıdır) məsləhət görülür (sünnət).

Hal-hazırda kənar pülüyün cərrahi yolla kəsilib xaric edilməsində müxtəlif üsullardan (ənənəvi yolla kəsilərək tikiş qoyulmasından başlayaraq müasir üsullara kimi) istifadə edilir. Belə əməliyyatlar (sünnət) 30-40 dəqiqə ərzində yerli anesteziya altında aparılır. Keyitmə iynəsi vurularkən hiss olunan ağrıdan başqa, balaca pasient (xəstə) praktik olaraq bu zaman heç bir ağrı hiss etmir. Əməliyyat zamanı tikişlər (onlar öz-özünə sorulan saplardan istifadə edilməklə qoyulur) qoyularsa, daha sonra onları çıxarmaq lazım gəlmir. Yaranın tam sağalması üçün 2-3 həftə tələb olunur.

Əgər sünnət dini ənənələrə görə aparılarsa, bir sıra islam ədəbiyyatlarına görə sünnətin uşaq həyatının 7-ci günü aparılması daha məqsədəuyğun sayılır. Bir sıra uşaq cərrahları da dini ənənələrə görə sünnət əməliyyatının erkən dövrlərdə (3 yaşa qədər) aparılmasını tövsiyə edirlər.

Bu əməliyyatın aparılmasını mütləq peşəkar (belə əməliyyatların aparılmasında xeyli təcrübəsi olan) cərraha etibar etməyiniz də çox vacib hesab edilir. Əgər körpəniz nevropatoloqun nəzarəti altındadırsa, əməliyyatdan öncə mütləq onunla məsləhətləşmək lazımdır.


Saglamolun.Az

.
Загрузка...
.

loading...
.

HƏKİMLƏR

Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика