İmmun sistemi zəif olanlar koronavirusa daha tez-tez yoluxur. Həmçinin koronavirusun ağırlaşmaları da əsasən zəif immunitetin fonunda inkişaf edir.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, Böyük Britaniyanın qida mütəxəssisi Corci Merfi immuniteti gücləndirən vasitələri belə sadalayıb:
D vitamini. Bu vitamin immun sisteminin stimullaşdırmasında əsas rol oynayır. Belə ki, D vitamini orqanizmdə virus və bakteriyaları axtaran və məhv edən T-hüceyrələrini aktivləşdirir, immunoqlobulinlərin sintezini stimullaşdırır.
D vitaminin əsas mənbələri: yağlı balıq, ət, qaraciyər, yumurta.
C vitamini. Bu vitamin immun sisteminin hüceyrələri olan leykositlərin əmələ gəlməsi prosesini stimullaşdırır. Həmçinin C vitamini antioksidant kimi işləyir, immun sistemini zəiflədən sərbəst radikallarla mübarizə edir.
Əsas mənbələri: sitrus meyvələri, kələm, itburnu.
Sink. Bu maddə orqanizmin immun cavabını gücləndirir, soyuqdəymə və virus xəstəliklərinin gedişatını yüngülləşdirir, sağalmanı tezləşdirir.
Mənbələr: mal əti, yumurta, mərci, lobya, noxud, arpa çörəyi, yulaf. Sink C vitamini ilə daha yaxşı mənimsənilir.
E vitamini. İmmuniteti zəiflədən sərbəst radikalları ilə mübarizə edir.
Mənbələr: yumurta, qoz, bitki yağları.
Beta-glükanlar. İmmun cavabını gücləndirir.
Mənbə: göbələk.
Dəmir. Orqanizm boyu oksigenin daşınmasında iştirak edir və bununla da immun sisteminin T və B-hüceyrələrinin sintezində böyük rol oynayır. Dəmir çatışmazlığı immun sisteminin zəiflənməsinə səbəb olur.
Mənbələr: qırmızı ət, qaraciyər.
Saglamolun.Az