Hamiləlik müddətində qanaxmalar və onların səbəbləri

Hamiləlik baş tutduğu andan qadın aybaşıdan kəsilir və qanaxma olduğu halda qadınlarda qorxu hissi, həyacan başlayır.

Qanaxmaların bir necə səbəbi var, bunlardan bəziləri ciddi fəsadlara gətirə bilər.

Hamiləlik zamanı rast gəlinən 7 qanaxma səbəbi:

1. Cinsi əlagədən sonra olan qanaxma tez-tez rast gəlinən səbəblərdən biridi. Bu uşaqlıq boynunun hamiləlik hormonları təsirindən yumşalması nəticəsində olur, qısa müddətli, açıq çəhrayi, təkrarlanmayan şəkildə olur. Bu halda zərərsizdir. Uşaqlıq boynunda olan iltihabi proses belə halların olmasına gətirə bilər. Belə hal baş verdikdə həkiminizə müraciət etmək lazımdır. Uşaqlıq boynu yoxlandıqdan sonra hamiləliyin 12-ci həftəsindən sonra ehtiyac olan müalicəni ala bilərsiz.

2. Miomalar

Hamiləlik zamanı uşaqlığın daxilində və ya xaricində olan miomalar qanaxmalara səbəb ola bilər.

Hamiləlik hormonları miomaların ölçülərinin böyüməsinə və ya balacalaşmasına gətirə bilər.  Daxildə olan miomalar qanaxmalara, düşüklərə, inkişafdan qalmalara səbəb olur. Əgər qadın hamiləlikdən əvvəl miomasının olmasını bilirsə, bu miomaların çıxardılması məqsədə uyğundu. Sırf uşaqlığın əzələ qatında yerləşən miomalar uşaqlığın böyüməsi nəticəsində balacalaşmağa meyilli olurlar. Daxilə siraət edən şişlər isə əksinə inkişaf edir və uşaqlıq boşluğunda olan dölə maneə törədir. Bəzi qadınlar belə miomlarla heç bir problem yaşamadan hamilləlliyi normal sona çatdıra bilirlər.

3. İmplantasiya ilə əlaqəli qanaxmalar

Mayalanmış yumurta uşaqlıq boşluğuna düşdüyü zaman özünə rahat mühit axtarır və ora yapışmağa çalışır, bəzi hallarda yer dəyişməsi də olur. Belə olduqda qadınlarda ləkə formalı qanaxmalar olur, bu təxmin edilən aybaşı günlərinə rast gəlinir və qadın elə bilir ki, ya aybaşı olub ya da açılış. Bu qanaxma tünd qəhvəyi rəngdə, ləkə kimi olur 2-3 gün müşahidə oluna bilər. Qorxulu deyil.

4. Düşük (acılış)

Düşüklə əlaqəli qanaxmalar hamiləliyin ən riskli dövrlərində müşahidə edilir. Bu hamiləliyin 4,8 və 12-ci həftələrində rast gəlinir. Qadınlarda bel ağrısı, sancıların olması, qarın aşağı nahiyəsində göynəmə, aralığda ağrı müşahidə edilir. Çox vaxt aybaşı önü hisləri keçirdirlər. Təkrarlanan qanaxmalar müşahidə edilir. Hamiləlik hormonlarının yetəri qədər olmadığında bu hallar davam edir və qadın həkimə vaxtında müraciət etmədikdə düşük baş verir. Həkiminiz sizdən hamiləlik hormonunu, progesteronu yoxlamağı istəyə bilər. Əgər anamnezdə təkrarlanan düşüklər varsa daha dərin laborator analizlər lazım ola bilər. Hamiləliyin 20-ci həftəsinə kimi dəstəkləyici hormonal terapiya alacaqsınız. 20-ci həftədən sonra plasenta tam öz funksiyasını (hamiləlik hormonlarının ifrazı) üzərinə götürəcək və hormonal terapiya dayandırılacaq.

5. İnkişafdan qalma

Hamiləliyin ilk 3 ayında tez-tez rast gəlinən digər problemlərdən bir olan dölün inkişafdan qalmasıdır. Qadınlar alt paltarlarının üzərində tünd qırmızı, qəhvəyi rəngdə ləkələrdən şikayətci olurlar, hamiləliyin əlamətlərini hiss etmirlər. USM zamanı dölün hamiləliyin müddətinə uyğun gəlmədiyini aşkarlanır. Qanda XQ hormonunun səviyyəsi də hamiləliyin müddətinə uyğun olmur. Əgər hamilə ilk dəfə həkimə müraciət edibsə, bir həftə sonra təkrar müaynə edilir. Əgər hamiləlikdə inkişaf getməyibsə, döl inkişafı dayandırıb deməkdi. İlk üçaylıqda müşahidə olunur bu hall genetik və xromosom səbəblərdən olur.

6. Ektopik hamiləlik (uşaqlıqdan kənar hamiləlik)

Döllənmiş yumurta uşaqlıqdan kənar (borularda, yumurtalığın üzərində, qarın boşluğunda və s.) implantasiya etdikdə buna ektopik hamiləlik deyirik. Daha çox boru hamiləliyinə rast gəlinir. Böyümüş yumurta borunu partladır və qan həm qarın boşluğuna həm də uşaqlıq yoluna tökülür. Müasir müayinə üsulları ilə belə halların qarşısı vaxtında alına bilər və konservativ yolla boruların partlamasının qarşısı alına bilər. Belə hamiləlik olduqda qarının bir tərəfində şiddətli ağrı, ürəkbulanması, qusma, beldə dözülməz ağrılar olur. Bu narahatçılıqlar olan hamilə qadın vaxtında həkimə müraciət etməlidir. USM, qanda XQ mütləq yoxlanmalıdır. Ektopik hamiləlik olan qadınlarda belə hamiləliklərin təkrarlanma faizi artmış olur.

7. Ciftlə əlaqəli qanaxmalar

Bəzən cift düzgün yerdə implantasiya etmir və bu da öz növbəsində ağrısız qanaxmalara gətirib çıxardır. Bu hallar cift gəlişləri olan hamiləliklərdə olur.  Daha çox 18-ci həftədən sonra müşahidə olunur və ciddi həkim nəzarəti tələb edir. Hamiləliyin müddətindən asılı olaraq həkim yataq rejimi, tam cinsi fasilə, dölün distresinin qarşısını alan terapiya və dölün yaşama qabiliyyətinin olduğu anda kesar kəsiyi əməliyatı ilə hamiləliyi sonlandırmaq məsləhət görəcək.

Digər qanaxma səbəbi ciftin tam və ya natamam qopmasıdır. Hamilədə şiddətli ağrı və qanaxma müşahidə edilir. Zərərli vərdişlər, arterial təzyiq, böyrək xəstəlikləri və ya preeklampsiyaniz varsa siz risk qrupuna daxilsiniz. Hamilə özündə belə hallar müşahidə etdikdə dərhal həkiminə bildirməlidir. Hamilə xəstəxanaya getməli, lazımı müayinələrdən sonar, dölün distresinin profilaktikasından sonra induksiyali doğuşa ya da kesar kəsiyi əməliyyatına götürülə bilərsiz.

Hamiləlik zamanı qanaxmalar ola bilər. Lakin qanaxma az da olsa belə mütləq həkiminizə bildirin. Bu sizin və dünyaya gələcək uşağın sağlam olması üçün çox vacibdir.

.

Nüşabə Əlişova
Mama-ginekoloq

 

 

 

.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

 


Яндекс.Метрика