Загрузка...

Ürəyin işemik xəstəliyi (ÜİX)

Ürəyin işemik xəstəliyi (ÜİX) – çox təhlükəli və, əfsuslar olsun ki, insanlar arasında çox yayılmış xəstəlikdir.

Ürəyin daxili qişası, qanın tərkibindən ona qidalı maddələrin və oksigenin daxil olmasına imkan vermədiyi üçün, ürək öz qan təchizatı sistemindən asılıdır.

Ürəyin qanla təchiz edilməsi aorta damarından ayrılan koronar arteriyalar vasitəsi ilə baş verir. Ürəyin işemik xəstəliyi məhz bu koronar arteriyalarda qanın miqdarının azalması nəticəsində baş verir. Bu isə koronar arteriyalarda baş verən spazm, iltihabi proses və ya onların divarında əmələ gələrək damarın daralmasına səbəb olan aterosklerotik düyünlərin səbəbindən olur.

Ateroskleroz – ÜİX-nin ən çox təsadüf edən səbəblərindən biridir.

Bəs, aterosklerozun özu nə deməkdir? Ateroskleroz – tədricən baş verən proses olub, arteriyaların divarında xolesterinin yığılması nəticəsində baş verir. Xolesterin – yağabənzər maddə olub, orqanizmdə bəzi hormonların, D vitamininin sintezində, qidanın həzm edilməsi üçün tələb olunan öd turşularının hazırlanmasında istifadə olunur. Xolesterin həmçinin hüceyrə qişasının tərkibinə də daxildir. Orqanizm üçün xolesterin nisbətən az miqdarda tələb olunur. Qanda olan artıq xolesterin isə müxtəlif yerlərdə, həmçinin arteriya damarlarında yığılır. Bəs, bu halda nə baş verir? Sağlam koronar arteriya rezin boruya bənzəyir. O, hamar və elastikdir və qan da onun daxili ilə sərbəst şəkildə hərəkət edir. Orqanizmə daha çox oksigen lazım olarsa (məsələn, fiziki gərginlik zamanı) sağlam koronar arteriya gərilərək ürəyə daha çox qan gəlməsini təmin edir. Ateroskleroz ilə zədələnmiş arteriya isə, çirklənmə nəticəsində daralmış su boruya bənzəyir. Aterosklerotik düyün həm arteriyanın mənfəzini daraldır, həm də damar divarının elastikliyini azaldaraq onu sərtləşdirir. Bunun nəticəsində ürək əzələsinə - miokarda gələn qanın miqdarı kəskin şəkildə azalmağa başlayır. Ürək daha güclü şəkildə işləməyə başlayanda belə arteriya genişlənərək ürək əzələsinə daha çox qan və oksigen gətirilməsini təmin edə bilmir.

Aterosklerotik düyün xeyli böyük olaraq arteriyanın mənfəzini tam şəkildə tutarsa və ya bu düyün dağılaraq qan kütləsi ilə birlikdə arteriyanın mənfəzini tam şəkildə qapayan tromb əmələ gətirərsə, miokardın həmin sahəsinə qan gəlmədiyi üçün onun hüceyrələri məhv olurlar. Bu yolla miokardın infarktı inkişaf edir. Miokard infarktından başqa ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığının, ürəyin qəflətən dayanmasının da səbəbi ola bilər.

Ürəyin işemik xəstəliyinin əlamətləri

Ürəyin işemik xəstəliyi olan insanlarda xəstəliyin əlamətləri adətən 50 yaşından sonra meydana çıxır. Bu əlamətlər fiziki gərginlikdən, güclü stresdən sonra, bəzən isə sakit halda yaranmış olurlar. Ürəyin işemik xəstəliyinin xarakter əlamətləri əsasən aşağıdakılardır:

- döş qəfəsinin ön səthinin orta hissəsində kəskin ağrının baş verməsi (stenokardiya);

- havanın çatmaması hissiyyatı və nəfəsalmanın çətinləşməsi, ölüm qorxusu hissiyyatı;

- ürək fəaliyyətində qeyri-müntəzəmlik - ürək gaha güclü şəkildə döyünür, ya da sanki dayanır;

- aşağı ətraflarda şişkinlik və s.

Sadalanan əlamətlərdən hər hansı birinin baş verdiyi halda tez bir zamanda həkimə müraciət etmək lazımdır! Ümumiyyətlə götürüldükdə isə 40 yaşından sonra vaxtaşırı olaraq həkim kardioloqun müayinəsindən keçmək vacib hesab edilir!

Ürəyin işemik xəstəliyinin inkişaf etməsinin risk faktorları:

- kişi cinsinə mənsub olmaq. Ürəyin işemik xəstəliyi (ÜİX) əksər hallarda yaşı 40-dan artıq olan kişilərdə təsadüf edilir. Qadınlarda, qadın cinsi hormonları onların damarlarını etibarlı şəkildə qoruyur. Menopauza (klimaks) dövründən sonra isə (cinsi hormonlar azaldığı üçün) onlarda ÜİX-nin yaranma riski xeyli dərəcədə artmış olur.

- siqaret çəkilməsi;

- hipertoniya;

- şəkərli diabet;

- düzgün qidalanmamaq, yağlı, qızardılmış, duzlu qidalardan çox istifadə etmək;

- irsi meyllilik;

- az hərəkətli həyat tərzi.


Saglamolun.Az

.
loading...
.

Şərhlər  

#8 Administrator 07.05.2014 04:38
Angioqrafiya darların rentgenoloji müayinəsidir. Bu müayinə damarlarda daralma, trombların olması, ateroskleroz və s. pozulmalar aşkar etmək üçün keçirilir.
Angioqrafiya yerli ağrısızlaşdırma ilə keçirilir və tam təhlükəsizdir. Ananızda allergik reaksiyalara meyillik varsa, bu haqda mütləq həkimlərə məlumat verin.
#9 Mehman 17.12.2015 07:55
Salam.Men 11.12.15 tarixde sol qolumun ve sinemin sol hissesinin keskin agrilari ile yuxudan oyandim/Hekime getdim yoxladi EKQ 44-47 vurmani qeyd etdi.Daha sonra Angiografiya Anju yoxlamasina gore ureyimde koronar damarlardan biri 80% ,digeri ise 100% tutulub(hemin damar dolayi yolla qidalanir!)
Sual-
1.Hekimlerden biri bradikardiya digeri infarkt dedi-Hansina inanmali?
2.Ureyime stend qoyulusundan sonra tam saglam heyata davam ede bilecem,yoxsa ebedi olaraq yarali qalacam?
#10 Administrator 17.12.2015 15:08
Цитирую Mehman:
Salam.Men 11.12.15 tarixde sol qolumun ve sinemin sol hissesinin keskin agrilari ile yuxudan oyandim/Hekime getdim yoxladi EKQ 44-47 vurmani qeyd etdi.Daha sonra Angiografiya Anju yoxlamasina gore ureyimde koronar damarlardan biri 80% ,digeri ise 100% tutulub(hemin damar dolayi yolla qidalanir!)
Sual-
1.Hekimlerden biri bradikardiya digeri infarkt dedi-Hansina inanmali?
2.Ureyime stend qoyulusundan sonra tam saglam heyata davam ede bilecem,yoxsa ebedi olaraq yarali qalacam?


1. Diaqnozu kardioloq EKQ və s. müayinələr əsasında qoymalıdır.
2. Tam sağlam həyata davam edə bilərsiniz.

loading...
.

HƏKİMLƏR

Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика