Təzyiqi salan ən yaxşı 6 yay məhsulu

Yüksək təzyiq insan orqanizminə çox ciddi ziyan vurur, ürək və damarlarda, gözlərdə, böyrəklərdə ağır pozulmaların inkişafına səbəb olur.

Yüksək təzyiq infarkt və insultun əsas səbəbidir. Təzyiqi normada saxlamaq həyati vacibdir.

Həkimlər hipertoniyadan əziyyət çəkənlərə təzyiqi tənzimləmək üçün xüsusi dərmanlar təyin edir. Bəzi qida məhsulları da təzyiqi normaya salmağa kömək edir.

Saglamolun.az sizə təzyiqi salan ən yaxşı yay məhsullarını təqdim edir:

- Pomidor

Likopin və kaliumla zəngin olan pomidor ürək-damar sistemi üçün çox faydalıdır. Likopin damarlarn sağlamlığını qoruyur. Kalium ürəyin fəaliyyətini yaxşılaşdırır, artıq mayeni orqanizmdən xaric edir. Pomidorun faydasını artırmaq üçün onu bir qədər qızartmaq lazımdır. Bu pomidorda olan likopinin miqdarını xeyli artırır.

- Xiyar  

Xiyar da kaliumla zəngindir və həmçinin yüngül sidikqovucu təsir edir ki, bununla da ürəyə düşən gərginliyi azaldır.

- Qarağat

C vitamini ilə zəngin olan qarağat damarları möhkəmləndirir, təzyiqi tənzimləməyə kömək edir.

- Qarpız

Bu meyvə də likopin və kaliumla zəngindir. Likopinin miqdarını artırmaq üçün qarpızı soyuducuda deyil, ev temperaturunda saxlayın.

- Quşüzümü

Meşələrdə bitən quşüzümü çox güclü antioksidant xüsusiyyətlərə malikdir. Quşüzümü damarları möhkəmləndirir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, təzyiqi tənzimləyir.    

- Ərik

Ərik də ürək üşün ən faydalı məhsullardan biri sayılır. Ərik kalium və maqneziumla zəngindir. Bu 2 mineral ürəyin normal fəzliyyətini təmizn edir, təzyiqi normallaşdırır. 


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Məhəmməd Davudov

Məhəmməd Davudov

Üz-çənə və baş-boyun cərrahiyyəsi

Üz-çənə və baş-boyun cərrahı Əmək stajı - 16 il

Ətraflı...
İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...
İsmayılova Xəyalə

İsmayılova Xəyalə

Ginekologiya

Mama-ginekoloq Uşaq ginekoloqu

Ətraflı...

 


Яндекс.Метрика