Xərçəng dünyada və ölkəmizdə səbəbləri məlum olan ölümlər arasında ürək-damar xəstəliklərindən sonra ikinci yeri tutan mühüm ictimai sağlamlıq problemidir.
Dünyada xərçəng xəstəliyinin yükü günü-gündən artır. Xəstəlik artdıqca, onunla bağlı real və qeyri-real bilgilər də sürətlə yayılır.
Xərçəng xəstəliyi haqqında doğru bilinən yanlışlar hansılardır?
- Yoluxucudur
- Valideynlərdən uşaqlara keçir
- Stress və kədərdən qaynaqlanır
- Xəstəyə xərçəng olduğunu söyləmək olmaz
- Cərrahi əməliyyat xərçəngin yayılmasına səbəb olur
- Xərçəng xəstəsi xəstəxanada qalmalıdır
- Xərçəng xəstəliyi sağalmır
Sevinc Hüseynova
Saglamolun.Az