Alimlər gilası super-qida adlandırdılar - SƏBƏB

Tədqiqatlar sübut edir ki, gilas mikroelement və mineral maddələr mənbəyidir.

Ölkə.az bildirir ki, gilasın tərkibində B qrupu vitaminləri, dəmir, fosfor, antioksidantlar var və bu maddələr gocalmanın qarşısını alır.

"Əgər müntəzəm olaraq gilas qəbul etsək, ürək və damar problemlərindən azad ola bilərik. Çünki bu maddənin tərkibində ürəyə müsbət təsir edən və immun sistemini gücləndirən maddə var", - deyə alimlər qeyd edirlər.

Gilas mədə-bağırsaq problemi olan insanlar üçün də faydalıdır. Bu meyvənin tərkibində petkin miqdarı çoxdur. Bu isə orqanizmdən toksin, şlak, ağır metalların duzları və digər ziyanlı maddələri çıxarır.

Eyni zamanda gilasın tərkibində karotinoidlər var. Karotionidlər isə dəriyə, görmə qabiliyyətinə, saçlara müsbət təsir edir, sinir sistemini yaxşılaşdırır.

Amma çəkisinə nəzarət edənlər turş gilasdan istifadə etsinlər. Şirin gilasın tərkibində kifayət qədər fruktoza var.

Bağırsaq keçməzliyi olan insanlar üçün də gilas məsləhət görülmür.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Zülfiyyə Muradova

Zülfiyyə Muradova

Ginekologiya

Mama-ginekoloq İş stajı - 27 il

Ətraflı...
Nəzmin Musayeva

Nəzmin Musayeva

Plastik cərrahiyyə

Plastik Estetik cərrah İş stajı - 10 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...

 


Яндекс.Метрика