Mitral qapaq çatışmazlığı: Hacı Şahinin əziyyət çəkdiyi xəstəlik - ARAŞDIRMA

 

Mitral qapaq çatışmazlığı və ya mitral çatışmazlıq anadangəlmə və yaxud sonradan meydana gələn ürək qüsurudur.

 İkitaylı qapaqların iltihabi prosseslərlə: revmatizma, sistemli qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, arteriit və s.-lərlə zədələnməsi nəticəsində meydana çıxır.

Ən çox rastlanan ürək xəstəliklərindən biridir. Mitral qapaq çatışmazlığı ürəyin sol tərəfindəki kameralar arasındakı mitral qapağın tam bağlanmadığı və qanın qapaqdan geriyə doğru axdığı ürək qapağı xəstəliyidir. Bu vəziyyətdə qan lazım olan istiqamətdə irəliləyə bilmir və sızma meydana gəlir. Sızıntının şiddəti xəstəliyin gedişatı haqqında məlumat verir. Sızıntının şiddəti yüksək olarsa, ürəyə və bədənə kifayət qədər qan gedə bilməz. Bu zaman insanda yorğunluq və nəfəs darlığı müşahidə edilir.

Mitral qapaq çatışmazlığı ürəyin strukturu və qan axınının istiqaməti ilə bağlı problemdən qaynaqlanır. Mitral qapaq çatışmazlığı da bu qapaqdakı problemdən qaynaqlanır.

Mitral qapaq çatışmazlığı bəzən heç bir əlamət olmadan illərlə davam edə bilər. Adətən yavaş-yavaş irəliləyir. Nadir hallarda kəskin mitral qapaq çatışmazlığı baş verə bilər. Mitral qapaq çatışmazlığının ümumi simptomu xəstədə yorğunluqdur.

Digər simptomları aşağıdakı kimi qeyd etmək olar:

Xüsüsən sol tərəf üstə yatarkən narahatlıq hissi

Aritmiya (nizamsız ürək döyüntüsü)

Ürək xırıltısı

Anidən gələn nəfəs darlığı

Sürətli nəfəsalma

Öskürək

Xüsusilə biləklərdə və ayaq biləklərində şişkinlik

Ürək qapaq çatışmazlığının səbəbləri:

Mitral qapaq çatışmazlığının aşağıdakı səbəblərdən yarana bilər:

Anadangəlmə ürək qüsurları: Anadangəlmə ürək xəstəlikləri ürəyin ümumi quruluşu və ya bəzən ürək qapaqları ilə bağlı ola bilər.

İnfarkt: İnfarktın şiddəti ürəyin əzələlərinə zərər verə bilər. Zədələnmiş əzələlər mitral qapaq ətrafındadırsa, mitral qapaq çatışmazlığı meydana gələ bilər.

Mitral qapaq prolapsusu: Mitral qapaq prolapsusu və ya çökməsi kimi də tanınır. Mitral qapağın funksiyasında çətinlik olarsa, mitral qapaq çatışmazlığı yarana bilər.

Revmatik qızdırma: Bir növ bakteriyanın səbəb olduğu boğaz infeksiyası nəticəsində yaranır. Ürək revmatizmi kimi də tanınır. Revmatik qızdırma ürək qapaqlarına da zərər verə bilər.

Kardiyomiyopatiya: Ürək əzələsinin qalınlaşması problemidir. Ürək qanı pompalamaqda çətinlik çəkir və klapanlar zədələnir.

Ürəyin selikli qişasının infeksiyaları (endokardit)

Ürəkdə zədələnmiş toxumalar

Mitral çatışmazlığının fəsadları hansılardır?

Fəsadlar regurgitasiyanın şiddətindən asılı olaraq dəyişir. Yüngül çatışmazlıqlar adətən fəsadların yaranması üçün kifayət etmir. Mitral qapaq çatışmazlığı inkişaf etdikcə bu vəziyyət ürək üçün yorucu olur. Çünki bədənə kifayət qədər qan pompalamaq üçün ürək daha çox işləməlidir. Bu da ürək əzələlərinin zəifləməsinə və sol mədəciyin genişlənməsinə səbəb ola bilər.

Baş verə biləcək ağırlaşmalara aşağıdakılar daxildir:

Ürək Çatışmazlığı: Ürək əzələsinin zəifləməsi nəticəsində ürəyin fəaliyyətində azalma müşahidə edilə bilər.

Ağciyərlərdə maye yığılması: Müalicə edilməmiş mitral qapaq çatışmazlığı ağciyərlərdə qan damarlarında təzyiqi artıraraq pulmoner hipertenziyaya səbəb ola bilər. Ağciyər hipertenziyasının nəticəsi ağciyərlərdə mayenin yığılmasıdır.

Ürək Ritminin pozulması: Nizamsız, tez-tez və sürətli ürək döyüntüləri qan laxtalanmasına səbəb olur, insult riskini artırır.

Qeyd edək ki, tanınmış ilahiyyatçı Hacı Şahin də (red: bu gün vəfat edib) bu xəstəlikdən vəfat edib

Sevinc Hüseynova

 

 

 

Saglamolun.Az