Kəpək başın tüklü hissəsinin pilinqidir. Əsas yaranma səbəbi Malassezia Furfur adlanan göbələklərin həddindən artıq inkişafı nəticəsində baş dərisinin vəziyyətinin dəyişməsidir. Bu dəri problemi ilə həm qadınlar, həm də kişilər tez-tez rastlaşırlar.
Buna görə də bir çox insan həkim müalicəsi ilə bərabər, ev şəraitində, yəni təbii yollarla da bu problemdən xilas olmağın yollarını axtarır. Əslində saçların müntəzəm yuyulması və daranması, daimi saç baxımı, uzun saçların tez-tez yığılmaması, stresin azaldılması, çox isti və ya çox soyuq su ilə yuyulmaması, tez-tez boyanmaması, bəzi kimyəvi saça qulluq vasitələrindən istifadənin azaldılması, günəş işığından məhrum buraxılmaması, B və Sink kimi vitaminlərin qəbulu, uyğun şampundan və bu kimi oxşar bir çox qaydalara əməl etmək saçlarda kəpəyin azalmasına gömək edir.
Ancaq bütün bunlarla yanaşı saçlardakı kəpəyi təbii yollarla aradan qaldırmağa kömək edən bir çox təbii üsullar da mövcutdur.
Bunlardan ən çox tövsiyə edilənləri diqqətinizə çatdırırıq:
Limon suyu (şirəsi)
Limon suyu kəpəkli saçlardan xilas olmaq üçün təsirli vasitədir. Bu tətbiq saçın pH səviyyəsini tarazlaşdırır və baş dərisindəki göbələklərin inkişafının qarşısını alır. Baş dərisini təmizləyir, artıq yağı çıxarır və kökləri gücləndirir. Bunun üçün saçlar limon suyu şirəsi ilə masaj edilir, 30 dəqiqə gözlədikdən sonra şampun ilə təmiz yuyulur.
Çiçək yağları:
Baş dərisinin nəmli olması kəpəyin qarşısını alır. Bu səbəblə çiçək yağları ilə saçların dibini masaj etmək faydalıdır.
Alma sirkəsi
Alma sirkəsi bakterisid xüsusiyyətə malik olduğu üçün saç dərisindəki qıcıqlanmaların qarşısını alır və kəpəyi azaldır. Bir xörək qaşığı alma sirkəsi bir stəkan su ilə qarışdırılır. Əldə edilən tərkiblə saçlar ovuşdurulur və 20 dəqiqə gözlədikdən sonra təmiz su ilə yuyulur. Yaxud hamamdan çıxmazdan əvvəl, bir qaşıq alma sirkəsi əlavə edilmiş su ilə durulanılır.
Təbii Yağlar
Təbii Yağlar şampunun içinə əlavə edilərək istifadə edilə bilir. Məsələn saçları 20 damcı nanə efir yağı əlavə edilən şampun ilə yuyamq məsləhətdir.
Zeytun yağı:
Baş dərisi bir az zeytun yağı ilə ovuşdurulur və isti su ilə nəmləndirilmiş dəsmal ilə 40 dəqiqə bağlanır. Bu həftədə bir dəfə tətbiq edilir.
Gicitkən otu
Gicitkən otunu quru və ya təzə olaraq istifadə etmək olar. Bir çay qaşığı gicitkən otu 750 ml suda dörd dəqiqə qaynadılır. Süzüldükdən sonra əldə edilən su ilə saçlar isladılır. Yarım saat gözlədikdən sonra yuyulur və qurudulur. Bu üsulla həm kəpək problemi azalacaq həm də saçlar parlak olacaq.
Lavanda yağı
Lavanda yağı baş dərisini sıxlaşdıraraq onun daha hamar və sağlam olmasına kömək edir. Badam yağı kimi aromatrapiya yağları ilə qarışdırılaraq tətbiq edildikdə kəpək problemini aradan qaldırır.
Kokos yağı
Bu yağ bakterisid xüsusiyyətinə görə dərinin nəmliyini artırmağa və kəpəyi azaltmağa kömək edir. Duş qəbul etməzdən əvvəl kokos yağını saç dərinizə masaj edin. Saçlarınızı bir dəsmalla baxlayın. Yarım saat gözlədikdən sonra ilıq su və şampunla yuyun.
Bütün bu tətbiqlərlə yanaşı bir də gündəlik qəbul ediləsi vitamin və qidaların olduğu unutmamalıdır.
Vitamin D və yemək vərdişlərini tənzimləmək kəpəyi azaldır. Məsələn, çay, qəhvə, kofeinli və qazlı içkilərin istehlakı azaltılmalı, yaşıl yarpaqlı tərəvəz və təzə meyvələrin istehlakı seçim edilməlidir. Şəkərli qidalar məhdudlaşdırılmalı və sutka ərzində 2,5-3 litr su içilməlidir. Tərkibində boya kimi ağır kimyəvi maddələr olan bəzək və kosmetik məhsullar istifadə edilməməlidir. Ağır şampunlar, saç spreyi, gel, fen, buruq ütülərdən az istifadə edilməlidr.
Saglamolun.Az