Bu vitaminin çoxluğu qıcolma verə bilər

Bəzi vitaminlər var ki, onların norma həddinin aşılması insan üçün öldürücü ola bilər.

Bunlara xüsusən D və B vitaminləri aiddir.

Saglamolun.az bakupost.az-a istinadən xəbər verir ki, B qrup vitamininin orqanizmdə çoxluğu sinir sistemini toksiki zədələyir, bu da periferik neyropatiyaya - hissiyyat itkisi əmələ gətirir.

Bu zaman qıcolma, əzələ zəifliyi, hərəkətlərdə çətinlik başlayır.

Çox xəstələr bunun vitamin çoxluğundan olduğunu anlamır.

Eləcə də B qrup vitaminlər sidik sistemi, həzm sistemi və qan dövranını da poza bilir.

Ona görə də venadaxili B qrup köçürəndə, vitamin qrupları alanda həkimlə dozanı məsləhətləşin və vitaminləri fasilələrlə için.

Saglamolun.Az