Saçlar diqqət və qayğı tələb edir. Bəzi qaydalar vardır ki, fəsillərin dəyişilməsindən asılı olmayaraq onlara əməl etmək lazımdır. Saçların daima canlı olması üçün onlara düzgün qulluq edilməlidir.
- Saçlar hər gün müxtəlif istiqamətlərdə şotka daraqla daranmalıdır.
- Saçlar hər axşam yatmazdan əvvəl daranmalıdır.
- Saçların yaxşı uzanması üçün onları darayarkən dibini də massaj eləmək lazımdır.
- Uzun saçları ucundan yuxarıya doğru daramaq lazımdır.
- Pırtıaşıq saçları seyrək dişli daraqla daramaq lazımdır.
- Başda tağ ayırarkən vaxtaşırı yerini dəyişmək lazımdır.
- Cod saçları yuyarkən sonda yaxaladıqda 1 litir suya 2 xörək qaşığı sirkə tökün və saçınızı yaxalayın, sonra yenidən durulayın.
- Normal saçlar lazım olduqda, yağlı saçlar isə daha tez-tez yuyulmalıdır.
- Quru saçları olan adamlar saçlarını həftədə 1 dəfədən tez yumamalıdır.
- Hər saçın xarakterinə uyğun şampun seçilməlidir.
- Yuduqdan sonra saçları yumuşaq dəsmalla və otaq şəraitində qurutmaq lazımdır.
- Uzun müddət günün altında olduğunuz zaman başınızı bağlayın.
- Soyuq havada başıaçıq gəzməyin. Bu saçları korlayır.
- İmkan daxilində saçlarınızı yumazdan əvvəl ona qidalandırıcı kompress qoyun, 2-3 saat sonra yuyun. (milli.az)
Saglamolun.Az