Bu dəmləmə sizə arıqlamağa kömək edəcək. Resept

Artıq çəkidən xilas olunmaq üçün müxtəlif vasitələrdən istifadə olunur. Bu vasitələrdən biri xüsusi arıqladan çaylardır.

Belə çaylar yüngül sidikqovucu təsir edir, orqanizmdən artıq mayeni xaric edir, maddələr mübadiləsi proseslərini stimullaşdırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır ki, nəticədə insan arıqlayır.

Arıqladan çayların reseptləri çoxdur. Saglamolun.az sizə belə reseptlərdən birini təqdim edirik. Bu reseptin müəllifi rusiyalı həkim naturopat (təbii vasitələrlə müalicə edən həkim) İnna Medvedevadır.

Tərkib:

- 2 x.q. qurudulmuş itburnu

- 1 limonun sedrası (sarı qabığı)

- 1 x.q. quru nanə

- 1 çimdik üyüdülmüş darçın

- 1 çimdik üyüdülmüş zəncəfil

Hazırlanması:

İtburnu meyvələri əzilir, limon sedrası sürtgəcin köməyi ilə soyulur. Bütün inqrediyentlər termosa tökülür, üzərinə 1 l isti su (qaynar yox!) əlavə olunur, 3-4 saat dəmlənilir, tənzifdən bir neçə dəfə süzülür, gün ərzində adi çay kimi içilir.

Hər gün yeni dəmləmə hazırlayın. Müalicə kursu - 7-10 gün. 




loading...

 

 

Stopdiar - İshal əleyhinə

HƏKİMLƏR

Azər Şamilov

Azər Şamilov

Dermatologiya

Dermatoloq-kosmetoloq İş stajı: 14 il

Ətraflı...
Həcər Hüseynova

Həcər Hüseynova

Ginekologiya

Mama-ginekoloq Əmək stajı - 11 il

Ətraflı...
Ellada Sarıyeva

Ellada Sarıyeva

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı: 26 il

Ətraflı...

SON YAZILAR

 


Яндекс.Метрика