Bunları etmədən günəşə çıxmayın – Günəş şüasının zərərli olduğunu necə bilmək olar?

Havaların isinməsilə insanlar günəş şüaları qəbul etməyə başlayır. Amma günəşə çıxmazdan öncə bəzi tədbirlər görülməlidir. Əks halda ağrı və qızartı kimi şikayətlərlə yanaşı qalıcı zədələnmələr də baş verə bilər.

Bununla bağlı türkiyəli dəri xəstəlikləri mütəxəssisi. Dr. Özlem Akın məlumat verib.  

“Xüsusilə son illərdə ozon təbəqəsinin incəlməsi, aşılanmış dərinin dəb halına gəlməsi, solaryum kimi süni işıq mənbələrindən istifadənin artması günəş yanıqlarının artmasına səvəv olur. Günəş kremi istifadə etmədən günəşə çıxanlar, günəş işığından və ya solaryum kimi süni mənbələrdən gələn ultrabənövşəyi şüalara məruz qalanlar özlərini riskə atırlar. Günəşin ultrabənövşəyi şüalarına həddindən artıq məruz qalmaq günəş yanığına və dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Kölgənizə baxdığınız zaman boyunuzdan qısa olması günəşin UV şüalarının güclü olduğunu və qorunmaya ehtiyac olduğunu göstərir. Bu səbəblə UV indeksi mütləq araşdırılmalıdır. UV şüaları yüksək hündürlükdə daha güclüdür. Ona görə də unutmaq olmaz ki, alpinizm, xizək sürmə kimi idman növləri ilə maraqlanan insanlar asanlıqla günəş yanıqlarına məruz qala bilərlər. Çünki ultrabənövşəyi şüaların 85 faizə qədəri qardan, 15 faizi qumdan və 10 faizi sudan əks olunur”,-deyə mütəxəssis qeyd edib.

Həkim onu da bildirib ki, sağalma müddəti yanığın şiddətilə düz mütənasibdir. Çünki ağır yanıqlarda orqanizmin zədələnmiş dəri qatını əvəz etməsi üçün vaxt lazımdır. Bu səbəbdən yüngül günəş yanıqlarında şikayətlər 3-5 gün ərzində azalmağa başlasa da, daha ağır yanıqlarda sağalma bir neçə həftə çəkə bilər. Sağalma prosesində insanın yaşı və ümumi sağlamlıq vəziyyəti kimi faktorlar da təsirlidir. Bu səbəbdən yüngül yanıqların öz-özünə sağalmasını gözləmək olar, lakin daha ağır yanıqlarda tibbi yardım axtarmaq lazımdır.

 

 

medicalmedia.az 

Saglamolun.Az