Gecələr çox tərləmək bu xəstəliklərin əlaməti ola bilər

Gecələr həddən artıq tərləmək, yüksək temperatur və çəkinin qəfil azalması orqanizmdə xərçəngin inkişafından xəbər verə bilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Focus.de yazıb. Almaniyalı dermatoloq Kristian Bayerl bildirib ki, bu cür əlamətlər daha çox limfoma və leykozda özünü büruzə verir.

Professor deyib ki, hiperhidroz zamanı insan aktiv fiziki yüklənməsə də, xeyli tərləyir. Antidepressant, hərarət salan dərman qəbul etməyən, sərin otaqda yatan, amma buna rəğmən tərləyən insanlara qalxanabənzər vəzini yoxlatmağı tövsiyə edib.

Bunlardan başqa, çox tərləyib susuzluq hiss etmək diabetdən xəbər verə bilər. Həkim həmçinin qeyd edib ki, gecələr qəfil tərləmək axşam vaxtı ədviyyatlı ağır qida qəbul etməklə də bağlı ola bilər.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...